Axar.az
Yuxarı

Axar.Az Logo

Vilayət Eyvazov Milli Məclisdə hesabat verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin bugünkü iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilib.

Report xəbər verir ki, Daxili İşlər nazirinin müavini, İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatoru Vilayət Eyvazov deputatlar qarşısında çıxış edərək, ötən müddət ərzində görülən işlər barədə danışıb.

Vilayət Eyvazov qeyd edib ki, son 5 ildə 152 ölkədən olan insan alveri qurbanları istismar məqsədilə 500-dən artıq daimi marşrut üzərindən 124 ölkəyə daşınıb: "Hər il bütövlükdə 20 milyondan artıq şəxs insan alverinin qurbanına çevrilir ki, onların da arasında məcburi əməyə cəlb olunanların sayı stabil templə artaraq 40 faizə yüksəlib. Qurbanların 53 faizi cinsi istismara, 7 faizi isə orqan transplantasiyası və digər məqsədlərlə alqı-satqıya məruz qalır. Narahatedici məqamlardan biri də qurbanların içində azyaşlı qızların xüsusi çəkisinin 21% təşkil etməsidir".

Nazir müavini əlavə edib ki, son 3 ilə yaxın müddətdə dünyada insan alveri ilə bağlı 25 mindən çox cinayət işinin istintaqı aparılıb, 15 minə yaxın şəxs məhkum edilib, 133 min qurbanın hüquqları bərpa olunub: "Azərbaycanda 2014-cü ildə insan alveri sahəsində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hüquqazidd əməllərin qurbanı olan 52 şəxs müəyyən edilib. Qurbanlardan 38 nəfəri təhlükəsiz sığınacağa yerləşdirilərək hamısına tibbi, psixoloji yardımlar göstərilib, zəruri geyimlə təmin ediliblər. İnsan alverindən zərər çəkmiş 53 nəfərə reinteqrasiya dövründə birdəfəlik müavinətlər, 40 nəfərə isə İnsan alveri qurbanlarına Kömək Fondundan yardımlar verilib. Qurbanlardan 24 nəfəri işlə təmin edilib, 35 nəfəri isə peşə kurslarına göndərilib. 34 nəfər insan alveri qurbanının ailələrinə qayıtmasına köməklik göstərilib".

Nazir müavinin çıxışından sonra deputatlar məlumat sənədini müzakirə edərək onu qəbul edib.

Tarix
2015.04.03 / 13:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Gürcüstanda azərbaycanlılarla bağlı yeni layihə

Azərbaycanlı avtoritetin qətli üçün 1.5 milyon ödənilib

Niyə Ağdamı dağıdıblar? - Ukrayna baş nazirinin müavini

İlham Əliyevin çıxışı dünya gündəmini zəbt etdi

Qriqoryan: Düz danışmağı Əliyevdən öyrənin!

Petrosyan 2018-də mənə Qarabağı verməyi təklif etdi

Nikol şərlədi: Bakı bizi blokadada saxlamaq istəyir

Batyanın Bakı səfəri: Belarus Türk Şurasına doğru... - Video

Qasparyan müharibənin 4-cü günü TŞ-də dedi ki... - Nikol

Albert Rıjiyi öldürən şəxs o imiş: İlk dəfə danışdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla