Yuxarı

Azərbaycan irimiqyaslı hərbi təlimlərə başlayır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan irimiqyaslı hərbi təlimlərə başlayır

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında aprelin 5-dən Silahlı Qüvvələrin bütün qoşun növlərinin cəlb olunması ilə ilk dəfə olaraq gecə vaxtı irimiqyaslı əməliyyat-taktiki təlimləri başlayacaq.

Axar.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, təlimlərə 15.000 nəfərədək şəxsi heyət, 200-dək zirehli texnika, raket və artilleriya qoşunlarının 300-dən artıq qurğusu, Hərbi Hava Qüvvələrinin 12 ədəd döyüş helikopteri və 8 ədəd döyüş təyyarəsi, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə bölmələri və zenit-raket birləşmələri cəlb ediləcək.

Təlimlərdə Quru qoşunlarının birləşmə və hissələrinin idarə olunması, hücum əməliyyatlarının təşkili və aparılması, gecə vaxtı və məhdud görmə şəraitində tank və PDM qruplarının düşmənin müdafiə xəttini yarması, eyni zamanda taktiki hava desantının düşmən bölmələrinin arxasına atılması, hücumda olan qoşunların dəstəyi üzrə hava hücumundan müdafiə qoşunlarının qarşılıqlı fəaliyyəti məsələlərinin öyrənilməsi mövzularında tapşırıqlar yerinə yetiriləcək.

Gecə şəraitində motoatıcı və tank bölmələri, raket və artilleriya qurğuları, zenit-raket kompleksləri, təyyarə və helikopterlər döyüş atışlı mərmi və raket buraxılışlarını, o cümlədən bombalamanı icra edəcəklər.

Təlimlər aprelin 10-dək davam edəcək.

Tarix
2015.04.03 / 17:08
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla