Yuxarı

Bu, ermənilərin növbəti çirkin addımıdır - Aydəmir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli və uzaqgörən liderliyi sayəsində regionun parlaq və güclü dövlətlərindən birinə çevrilib. Hazırda dünyanın ən güclü orduya sahib ölkələri arasında yer alan Azərbaycan uzun illərdir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair böyük səbirlə danışıqlar aparır. Lakin bölgədə sülhün və sabitliyin qorunması istiqamətində aparılan bu siyasətə cavab olaraq ermənilər çirkin əməllərindən əl çəkməməkdə davam edirlər. Son olaraq işğalçı Ermənistan ordusu növbəti dəfə atəşkəs rejimini pozaraq Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutub. Bu hadisə təkcə Azərbaycana deyil, bütün türk dünyasına qarşı törədilən təxribatdır. Bu, eyni zamanda, bölgədə sabitliyin pozulması istiqamətində ermənilər tərəfindən atılan növbəti çirkin addımdır.

Axar.az xəbər verir ki, bu fikirləri AzərTac-a müsahibəsində Türkiyənin Kocaeli Dərincə Azərbaycan Evi Dərnəyinin rəhbəri Volkan Aydəmir bildirib.

Tarixboyu, xüsusilə 1918-ci və 1992-ci illərdə bütün dünyanın gözü qarşısında erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı misli görülməmiş soyqırımı aktlarının törədildiyini xatırladan V.Aydəmir deyib:

“Əsrlərboyu azərbaycanlıların tarixi ata-baba yurdları ermənilər tərəfindən talan edilib. Milyonlarla insan yurd-yuvasından didərgin salınıb. İnsanlığa sığmayan bu hadisələr tarixə qanlı hərflərlə yazılıb. Bu hadisələrin canlı şahidləri hələ də yaşayırlar. Lakin qatil ermənilər və onların dəstəkçiləri bilməlidirlər ki, biz türk milləti olaraq daim güclü və qüvvətli olmağı bacarırıq. Mən şəxsən öz adımdan və milyonlarla igid türk oğulları adından onu deyə bilərəm ki, Azərbaycanın Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bir əmri ilə tarixi Azərbaycan, o cümlədən türk yurdu olan Qarabağ uğrunda mübarizə aparmağa tam gücümüzlə hazırıq”.

Tarix
2020.07.13 / 21:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla