Yuxarı

Serbiya KİV-ləri erməni təxribatından yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiyanın bir sıra nüfuzlu kütləvi informasiya vasitələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində yerləşən Tovuz rayonuna hücum cəhdləri və törətdikləri təxribatlara dair məqalələr dərc olunub.

Axar.az xəbər verir ki, Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən hücuma məruz qaldığı xüsusilə qeyd edilən məqalələrdə hər iki tərəfin itki verməsi, lakin provokasiyalara baxmayaraq, Azərbaycan tərəfinin bir qarış belə ərazi itirmədiyi vurğulanıb.

Məqalələrdə, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və ATƏT-in Minsk qrupunun fəaliyyəti barədə məlumatlar qeyd edilib. Bununla yanaşı, Serbiyanın “Balkanin” xəbər portalında “Qarabağda döyüşlər: Azərbaycan Ermənistanın istənilən təxribatçı hərəkətlərinə adekvat cavab verəcəyini vəd edir” başlıqlı məqalə dərc edilib. Məqalədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilən təxribat xarakterli hücumlara dair çıxışı oxucuların diqqətinə çatdırılıb.

Həmçinin Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı Serbiyada akkreditə olunmuş diplomatik korpusa, Serbiya dövlət və hökumət rəsmilərinə və ziyalılarına göndərilib. Bütün məlumatlar, eyni zamanda, səfirliyin sosial şəbəkələri və rəsmi internet səhifəsində də dərc olunaraq yerli oxuculara çatdırılır.

Tarix
2020.07.14 / 19:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır - Canlı

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla