Yuxarı

800 hektar itirdik... - Ermənistanda etirazlar başlandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
800 hektar itirdik... - Ermənistanda etirazlar başlandı

Tovuz döyüşlərində itkilərini gizlədən Ermənistanda narazılıq yaşanır.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, buna səbəb öldürülən erməni hərbçilərin ailələrinə yardımın edilməməsidir.

Sosial şəbəkələrin erməni seqmentində bu məsələ ətrafında iki qrup var: bir qrup keçmiş müdafiə naziri Viqen Sərkisyanın dövründə yaradılan və orduya dəstək məqsədilə hər kəsdən toplanan 1000 dramın yığıldığı fondun ölən və yaralanan hərbçilərə maliyyə yardımı ayırmasını tələb edir, hakimiyyətə yaxın digər qrup isə buna qarşı çıxır və bildirirlər ki, “bizim mübarizəmiz var”.

Erməni fəal Marine Manuçaryan Feysbuk səhifəsində bu haqda yazır: “Son döyüşlərdə öldürülən və yaralanan hərbçilərin ailələrinə kompensasiyasının verilməsinə qarşı çıxırlar. Burada deyərlər ki, 29 ildir respublikamız var, həmişə qaraçı olmusunuz və qaraçı olaraq qalacaqsınız”.

Manuçaryan daha sonra Aprel müharibəsində Azərbaycanın əraziləri azad etməsini xatırladaraq, Paşinyana yaxın qrupları tənqid edib.

“Buna inanmayacaqsınız, amma 800 hektar (əslində 2000 hektar ərazi azad olunub-red) itirildikdən sonra Jirayr Sefilyan Tavuş xəttində irəli getmək istəyir”, - erməni fəal yazıb.

Qeyd edək ki, erməni hərbi birləşmələrinin Tovuz istiqamətində təxribat hücumu işğalçı ölkənin yüzlərlə hərbçisinin və çoxsaylı texnikasının məhv edilməsi ilə nəticələnib.

Tarix
2020.07.16 / 15:56
Müəllif
Axar.az
Digər xəbərlər

Yermek Koşerbayev Azərbaycana səfər edəcək

İrandan bəyanat: Naxçıvana PUA zərbəsi...

Bakı ilə Tiflis arasında əlaqələrin intensivliyi getdikcə artır

İranın qisas günü çatdı: ABŞ qarşısını almaq üçün sabah...

Hindistanın Bakıya “qəfil sevgisinin” səbəbləri...

İlham Əliyev Möhsün Şəntürkü qəbul etdi

Rəsmi Bakı BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu qınadı

İlham Əliyev bütün manipulyasiyalara son qoydu - Maxaşvili

Ukrayna əraziləri geri qaytarır, Rusiya zəifləyir...

İranın ABŞ-a qardaş olmasının sübutları - Şok faktlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla