Yuxarı

İrəvanın Ukraynaya qarşı absurd hay-küyü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə əməl olunması əsasında münaqişənin siyasi yolla həllinə tərəfdardır.

Bu sözləri Axar.az-a açıqlamasında Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu ictimai təşkilatının sədri, hüquq elmləri doktoru Hikmət Cavadov rəsmi Kiyevin Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini bir daha dəstəkləməsindən sonra ermənilərin Ukraynaya qarşı kampaniya başlatmasını şərh edərkən deyib.

O bildirib, İrəvanın bu cəhdləri Azərbaycan-Ukrayna münasibətlərinə heç bir təsir etməyəcək:

“Rəsmi İrəvan Ermənistanın üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının münaqişəyə cəlb edilməsinə nail olmağa çalışır. Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyanın dedikləri bunu təsdiqləyir. Lakin İrəvanın bu istəyi baş tutmayıb. Məhz buna görə də Ermənistan ordusu dinc Azərbaycan əhalisi ilə müharibəyə başlayıb. Onlar Tovuz rayonunun Ağdam və Dondar Quşçu kəndlərini atəşə tutur, Naxçıvan istiqamətində atəş açırlar. 76 yaşlı Əziz İzzət oğlu Əzizovu qətlə yetirdilər. Buna görə də Ukrayna XİN Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normaları, həmçinin BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri əsasında həll edilməli olduğunu xatırladıb. Lakin Ermənistan artıq 27 ildir ki, qətnamələri yerinə yetirməkdən imtina edir”.

Hikmət Cavadov qeyd edib ki, Ermənistan BMT-yə, MDB-yə, Gömrük İttifaqına və Aİİ-yə öz sərhədləri daxilində qəbul olunub:

“Bundan başqa, Ermənistan özü indiyədək “dqr”nin müstəqilliyini tanımayıb. Dünyanın heç bir dövləti bu terrorçu qurumu tanımır. Məhz buna görə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb edən Ukrayna XİN beynəlxalq hüquqa əsaslanır. Belə sadə və aydın həqiqət, təəssüf ki, Ukrayna səfirini dəvət edən Ermənistan XİN-ə heç cür çatmayacaq. Xatırlayırsınızsa, Ermənistan Rusiyanın ilhaq etdiyi Krımla bağlı “referendum”u dəstəkləmişdi. Yəni Ermənistan açıq şəkildə Ukraynanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirdi. Bu da Ukrayna-Ermənistan münasibətlərində soyuqluğa gətirib çıxardı. Bu baxımdan erməni tərəfinin rəsmi Kiyevə reaksiyası çox absurddur”.

Tarix
2020.07.17 / 09:00
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla