Yuxarı

Daha bir ölkədə Tovuzla bağlı aksiya başladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə ağır artilleriyadan hücum etmələri nəticəsində şəhid olmuş hərbçilərimizin xatirəsini yad etmək və Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan İcmaları Konqresinin nümayəndələri və Belarusda yaşayan Azərbaycan diasporu səfirliyimizin önündə toplaşıblar.

Axar.az xəbər verir ki, aksiyada çıxış edən səfir Lətif Qəndilov Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələr barədə ətraflı məlumat verib. L.Qəndilov Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində hücuma keçməsinin əsas məqsədlərini diasporumuzun nümayəndələrinə açıqlayıb və bildirib ki, Ermənistan rəhbərliyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağın münaqişəsinin həllinə dair Azərbaycanın mövqeyini dəstəkləyən beynəlxalq təşkilatların fikrini yayındırmaq üçün yeni ərazidə gərginlik yaratmağa başlayıb. Səfir Prezident İlham Əliyevin yaranmış vəziyyətin qarşısını almaq və stabilləşdirmək üçün gördüyü işlər və Təhlükəsizlik Şurasının iclasının nəticələri barədə məlumat verib.

Diaspor nümayəndələrimiz, eyni zamanda, səfirliyin gördüyü işlər barədə də məlumatlandırılıb.

Soydaşlarımız səfirliyin həyətində dövlət bayrağımızın önünə gül dəstələri qoyaraq şəhidlərin xatirəsini yad ediblər.

Tarix
2020.07.18 / 12:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla