Yuxarı

Bakı İcra Hakimiyyətində nöqsanlar aşkarlandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı İcra Hakimiyyətində nöqsanlar aşkarlandı

Bakı şəhəri ərazisində küçə reklamının yayımı sahəsində qanunvericiliyin pozulması hallarının aşkar olunmasına dair səyyar qaydada aparılan nəzarət tədbirlərinin nəticələri rəsmiləşdirilməyib.

Report xəbər verir ki, bu barədə Hesablama Palatasının 2014-cü il üzrə hesabatında bildirilib.

Belə ki, hesabat ilində Hesablama Palatası Bakı Şəhər İcra Hakimiyyəti Reklam və İnformasiya İdarəsinin maliyyə-təsərrüfat əməliyyatlarının, eləcə də, dövlət gəlirlərinin yığılmasının və dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğuna dair audit aparıb.

Hesabatda qeyd olunur ki, reklam lövhələrinin yerləşdirilməsinə icazə verilən kommersiya obyektləri üzrə reklam yayımı tariflərinin rəsmiləşdirilməsi zamanı reklam daşıyıcılarının yerlərinin differensiallaşdırılması müvafiq normativ aktlarda təsbit edilmiş kateqoriyalara (yerlərə) tam şəkildə həyata keçirilməyib. Eyni zamanda, dövlət mülkiyyətində olan torpaqların, binaların və digər obiyektlərin uçotu aparılmayıb.

Bir neçə küçə reklam lövhələri vasitəsi ilə reklam yayımının həyata keçirilməsi Azərbaycan Prezidentinin fərmanı ilə təsdiq edilmiş "Reklam yayımına icazə (razılıq) qaydaları"nın tələblərinə əməl edilməyərək və Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilən "Küçə reklamı lövhəsinin yerləşdirilməsinə icazə sənədinin forması" məzmununa uyğun olmayaraq bir icazə sənədi əsasında rəsmiləşdirilib. Ayrıca, dayaqlı müxtəlif reklam daşıyıcılarının yerləşdirilməsinə icazələrin verilməsi üçün tələb olunan və qəbul edilən reklam daşıyıcılarının layihələri və eksizləri bütün hallarda qanunvericilikdə müəyyən edilmiş qaydada təsdiq edilməyib.

2014-cü ildə küçə reklamı üzrə aparılan 199 əməliyyat üzrə 13 930 manat dövlət rusumunu tutulması və dövlət büdcəsinə ödənilməsi təmin edilməyib, həmçinin, reklam işlərinin görülməsi zamanı müvafiq qanunvericilik aktlarının tələbləri gözlənilməyib.

Tarix
2015.04.07 / 09:34
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi

Bu ölkə Azərbaycan vətəndaşlarını deport etdi

Əliyevin Şuşadan dünyanı silkələyən bəyanatı...

Slovakiya Qarabağın bərpasında fəal iştirak edir

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Əliyevdən Makrona: Yeni dövr başladı!

İran kəşfiyyatı azərbaycanlıları bu cür “iş”ə cəlb edir

Əliyev bizim regionda gərginliyin azaldılmasına töhfə verib

Türkiyəli nazirə sui-qəsdin pərdəarxası

AŞPA-nın Bakıya qarşı “ənənəvi” təzyiq vasitəsi...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla