Yuxarı

Atatürkü masonlar zəhərləyib – Növbəti iddia

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Atatürkü masonlar zəhərləyib – Növbəti iddia

Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün zəhərlənərək öldürülməsi ilə bağlı daha bir gizli məqam ortaya çıxıb.

Axar.az xəbər verir ki, Türkiyənin "Yeni Şəfəq" qəzetinin əldə etdiyi məlumata görə, ölkənin 2-ci prezidenti, Atatürkün ölümündə günahlandırılan İsmət İnönü mason lojasının üzvü olub.

Məlumata görə, 27 may 1960-cı il qiyamı ərəfəsində Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli rəsmisi Şükran Özkaya hüquq mühafizə orqanlarına məktub yazaraq, masonlarla bağlı hazırlanacaq hesabatdan İsmət İnönünün adının çıxarılmasını tələb edib.

Türkiyənin keçmiş nazirlərindən Sabahattin Savcı da Atatürkün ölümündə masonların əlinin olduğunu bildirib. O, Atatürkün İsmət İnönü, Daxili İşlər naziri Şükrü Qaya və millət vəkili Qasım Gülək tərəfindən yavaş-yavaş zəhərlənərək öldürüldüyünü, bunu isə mason lojalarının sıx səylərilə etdiklərini etiraf edib.

Qeyd edək ki, qəzet ötən gün Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün İsmət İnönü tərəfindən zəhərlənərək öldürüldüyünü yazıb.

Tarix
2015.04.08 / 10:09
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Məşhur türk bloger Əliyevdən üzr istədi və sirri açdı - Video

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bakıda kanatla sərnişindaşıma olacaq - Video

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla