Yuxarı

BMT saytı: Azərbaycan həkimləri buna görə geri qayıtdılar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin saytında Türkiyədə çalışan və koronavirusa qarşı mübarizə aparmaq üçün Vətənə qayıtmış azərbaycanlı həkimlər haqqında yazı dərc edilib.

Axar.az xəbər verir ki, həmin materialda iyulun sonu üçün olan məlumata istinadla indiyə qədər Azərbaycanda 30,5 minə yaxın insanın COVID-19-a yoluxması, 400-dən çox adamın dünyasını dəyişməsi bildirilir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanın hakimiyyət orqanlarına COVID-19 infeksiyasına qarşı mübarizədə kömək edir. Bu əməkdaşlıq çərçivəsində Türkiyədə daimi yaşayan və orada işləyən 19 azərbaycanlı həkim hazırda Bakıda və regionlarda fəaliyyət göstərir.

Onlar ÜST-nin çağırışına cavab olaraq, - xüsusən müasir tibbi aparatlarla davranma sahəsində - öz bilik və təcrübələrini bölüşmək üçün Vətənə qayıdıblar. ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyir: “Biz Azərbaycan hökuməti ilə sıx əməkdaşlığa başlayanda məlum oldu ki, bu ölkədə zəruri sayda tibb müəssisələri var və onlar hamısı müasir texnika ilə təchiz olunub. Buna baxmayaraq, həmin müəssisələrin heyəti yeni avadanlıqdan və müasir müalicə üsullarından həvəsiz istifadə edirlər. Bizim söhbət apardığımız işçilərin hər biri deyirdi ki, tibbi heyəti xəstələrin sayının artacağı hala hazırlamaq lazımdır”.

Həkim Sabir İsrafilov Azərbaycanda doğulub, orada boya-başa çatıb, lakin son illər Türkiyədə yaşayır və orada işləyir. S.İsrafilov deyir: “Xaricdə yaşayan hər bir azərbaycanlı kimi mən də həmişə öz ölkəm üçün faydalı işlər görmək barədə düşünürdüm. İndi belə bir imkan yaranıb. Pandemiya demək olar ki, müharibə kimi bir vəziyyətdir. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycana kömək göstərməyi təklif edəndə biz də kənarda qala bilməzdik və bu təklifi sevinclə qəbul etdik”.

Aprelin ortalarında start götürmüş layihə çərçivəsində məsləhətçilər yerli xəstəxanaların ÜST standartlarına uyğun olaraq pandemiyaya hazır olub-olmadıqlarını yoxlayıblar. Onlar koronavirusun yayılmasının qarşısının alınması üzrə dövlət komitəsi yaradılmasına və bu komitənin işini təkmilləşdirməyə kömək ediblər. Tibbi heyətin infeksiyadan qorunmasına kömək etmək vəzifəsi də qarşıya qoyulub.

Ötən aylar ərzində Azərbaycanın 400-dən çox həkimi və digər tibb işçiləri ÜST tərəfindən təşkil olunmuş treninqlərdən keçiblər. Məsləhətçilər COVID-19-un ağır formasından əziyyət çəkən xəstələrin müalicəsində yerli həkimlərə kömək ediblər.

Tarix
2020.07.29 / 20:06
Müəllif
Axar.az
Digər xəbərlər

Türk dünyasının ortaq xəritəsi yaradılır - Foto

Mehriban Əliyeva Prezidenti bu sözlərlə təbrik etdi

ABŞ səfirliyinin bu bəyanatı... - İcma

XİN-dən ABŞ səfirliyinə cavab

Liderlər İlham Əliyevi təbrik edir

Türkiyə ordusu bu ölkədə əməliyyata başlayacaq

Azərbaycan bizim üçün böyük əhəmiyyət daşıyır - Orban

Bayramov Serbiya parlamentinin sədri ilə görüşdü

Tiflisdəki aksiyaları bu fond təşkil edir - Tsilosani

Nazarbayev İlham Əliyevə məktub göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla