Yuxarı

Bakıya gələn türk F-16-ları burda qala bilər? - Polkovnik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıya gələn türk F-16-ları burda qala bilər? - Polkovnik

F-16 qırıcılarının Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilməsi ilə bağlı təkliflər müxtəlif vaxtlarda səsləndirilib. Bu, bizim maraq dairəmizdədir. Dəyişən şərtləri də nəzərə alsaq, deyə bilərəm ki, yaxın gələcəkdə F-16 qırıcılarını arsenalımızda görə bilərik.

Bu sözləri Axar.az-a ehtiyatda olan polkovnik Şair Ramaldanov Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq, Türkiyə Hərbi Hava Qüvvələrinin 10-a yaxın F-16 qırıcısının “TurAz qartalı” təlimində iştirak etməsi haqda danışarkən deyib.

Polkovnik qeyd edib ki, Azərbaycan pilotları il ərzində bir neçə dəfə Türkiya pilotları ilə ortaq təlimlərdə iştirak edir:

“Təlimlər həm Türkiyədə, həm də Azərbaycanda olur. İki ordunun pilotlarının birlikdə təlimlər keçirməsi qarşılıqlı təcrübə mübadiləsi baxımdan çox vacibdir. Onu da qeyd edim ki, Azərbaycan pilotları Türkiyədə təlimlərdə olarkən Türk Hava Qüvvələrinin arsenalında olan təyyarələrdən, türkiyəli pilotlar isə ölkəmizdə təlimlərdə olarkən Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalında olan təyyarələrdən istifadə edir. Bu gün Azərbaycan Ordusu dünyanın ən müasir orduları sırasındadır. Bunun əsas səbəbi də müntəzəm olaraq yeni nəsil silahlar, texnikalarla özünü yeniləməsidir. İstər F-16 qırıcıları, istərsə də Türkiyə istehsalı olan PUA-lar yeni nəsil silahlardır. Xüsusilə Ordumuz uzun müddətdir F-16 qırıcılarını öz arsenalına daxil etmək istəyir. Hazırda bizim hərbi hava qüvvələrinin əsas gücünü rus istehalı olan “Su” qırıcıları təşkil edir. Bu mənada “TurAz qartalı” təlimləri F-16 qırıcılarını daha yaxından tanımaq imkanını yaradır”.

Tarix
2020.07.31 / 16:15
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Əliyevin Daşkəndə səfərindən eksklüziv görüntülər - Video

Əliyevalar Yeni Klinikada mərkəzlərin açılışında - Foto

Səhv məlumata görə iki nəfəri öldürdüm - Qətlin təfərrüatı

Heydər Əliyevin tərcüməçisi buna görə qovulubmuş

Füzuli sakinləri Berdiməhəmmədova məktub ünvanladı

Banqkoka uçan təyyarə Bakıda məcburi eniş etdi

Leyla Əliyeva Beynəlxalq STEAM festivalında

Keniya prezidenti azərbaycanlı naziri qəbul etdi

Bu ölkə Azərbaycana görə Rusiyaya nota verdi

Berdiməhəmmədov İlham Əliyevi ölkəsinə dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla