Yuxarı

Erməni hücumuna məruz qalanlar bunu etməlidir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni hücumuna məruz qalanlar bunu etməlidir

Ermənilərin xaricdə özlərini cəzasız hiss etmələrinin səbəbi bu ölkələrdə yaşayan azərbaycanlıların öz səslərini duyurmamasıdır. Xaricdə yaşayan azərbaycanlılar dinc aksiyalar zamanı zərər çəkmələri ilə bağlı yaşadıqları ölkədəki səfirlik və konsulluq bölmələrinə müraciət etməlidirlər. Çoxsaylı müraciətlərdən sonra Azərbaycan məlum ölkələri irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında 1965-ci il Konvensiyası və İnsan haqları haqqında 1966-cı il Paktına uyğun olaraq məsuliyyətə cəlb edə bilər.

Bunu Axar.az-a açıqlamasında beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev Azərbaycandakı Rus İcmasının sədr müavini, Qarabağın Azərbaycanlı İcmasının müşaviri Anastasiya Lavrinanın erməni millətçilərinin vəhşi hərəkətlərinə və soydaşlarımıza kütləvi hücumlarına ədalətli hüquqi qiymət verilməsi üçün Azərbaycanın məlum ölkələri məsuliyyətə cəlb edə biləcəyi haqda sözlərini şərh edərkən deyib.

O bildirib ki, bir çox demokratik ölkələrin qanunvericiliyində nifrət və irqi ayrı-seçkilik zəminində törədilən cinayətlər üçün müvafiq qanun var:

“Avropada irqi ayrı-seçkilik, nifrət zəminində cinayətlər çox olur. Ona görə də belə bir qanun qəbul edilib. Azərbaycan qanunvericiliyində də bu yöndə müvafiq qanun var. Belə ki, əgər törədilən cinayət irqi ayrı-seçkilik zəmnində baş veribsə, təqsirləndirilən şəxsə 120-ci maddənin 2-ci bəndinə uyğun olaraq ağırlaşdırılmış cəza tədbiq edilir.

Bu gün xaricdə yaşayan azərbaycanlılar konsulluq və səfirliklərimizlə birlikdə ermənilər tərəfindən məruz qaldıqları zorakılıqla bağlı yaşadıqları ölkələrin hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Bu yolla onlar dinc aksiyalar zamanı onlara zərər verən erməniləri məsuliyyətə cəlb edə bilərlər. Əgər vətəndaşlarımızın müraciətləri yaşadıqları ölkələrin hüquq-mühafizə orqanları tərəfindən nəzərə alınmasa və ya məhkəmə məsuliyyətə cəlb edilən erməniləri lazımınca cəzalandırmasa, bu zaman onlar Avropa İnsan Haqları məhkəməsinə müraciət edə bilərlər. İstənilən halda, azərbaycanlıların keçirdiyi dinc aksiyaya müdaxilə edən, onlara zərər verən ermənilər cəzasız qalmamalıdır”.

Tarix
2020.08.06 / 15:03
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı mühüm addım...

İkram Kərimov vəfat etdi

Türkiyədə yeni dövr başlayır: Gələn həftədən...

Xəzər regionu diqqət mərkəzində: Yeni geostrateji balans...

Vəfat edən keçmiş nazir kim olub? - Dosye

Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla