Yuxarı

Naxçıvan qarnizonunda hərbi andiçmə mərasimi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naxçıvan qarnizonunda hərbi andiçmə mərasimi

Naxçıvan Qarnizonu Qoşunlarında gənc əsgərlərin hərbi andiçmə mərasimləri keçirilib.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, Əlahiddə Ümumqoşun Orduda keçirilən andiçmə mərasimində Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra gənc əsgərlər Vətənə sədaqət andı içiblər.

Mərasimdə polkovnik Mehman Gülməmmədov gənc əsgərlərin mənəvi-psixoloji, fiziki və döyüş hazırlığı istiqamətində keçirilən dərs və məşğələlərdən danışıb.

Gənc əsgərlər adından çıxış edən Valeh Əsədov hərbi andı qəbul etmələri münasibətilə sevincli və qürurlu olduqlarını bildirib, nümunəvi xidmət edəcəklərinə və döyüş tapşırıqlarına məsuliyyətlə yanaşacaqlarına söz verib.

Çıxışların ardından general-mayor Teymur Eyyubov Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdırıb.

Bildirilib ki, Naxçıvanda Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin keçirildiyi bir vaxtda gənc əsgərlər hərbi andı qəbul edərək Ordu sıralarında peşəkar döyüşçü kimi yetişəcəklərinə söz verirlər. İnanırıq ki, bu gün hərbi andı qəbul edən gənc əsgərlərimiz “Təlimdə tər, döyüşdə zəfər” prinsipi ilə real döyüş şəraitində keçirilən təlimlərdə bütün tapşırıqları peşəkarcasına yerinə yetirən hərbçilərimiz kimi Vətənimizin müdafiəsində ayıq-sayıq dayanacaqlar.

Təbrik oxunduqdan sonra şəxsi heyətin təntənəli keçidi olub.

Tarix
2020.08.08 / 19:42
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla