Yuxarı

Paşinyanın yeni fiaskosu: bu dəfə Sakur ifşa etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan BBC telekanalında yayımlanan "Hardtalk" (Çətin söhbət) verilişinin aparıcısı Stiven Sakurun kəskin sualları qarşısında dəfələrlə çıxılmaz vəziyyətə düşməsi mənim üçün heç də təəccüblü olmadı. Çünki Paşinyan bu ilin fevralında Almaniyanın Münhen şəhərində təhlükəsizlik problemləri ilə bağlı ənənəvi olaraq keçirilən konfransda təşkil olunmuş ayrıca paneldə Azərbaycan Prezidenti İlham Əliyev qarşısında acınacaqlı vəziyyətdə idi.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Ermənistan Baş naziri Nikol Paşinyan BBC telekanalında yayımlanan "Hardtalk" verilişinin aparıcısı Stiven Sakurun kəskin sualları qarşısında dəfələrlə çıxılmaz vəziyyətə düşməsi haqda danışarkən deyib.

O bildirib ki, Nikol Paşinyan istər siyasətçi, istərsə də jurnalist kimi diletant olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi:

"Verilişə mən də baxdım. Etiraf edim ki, “Hardtalk”ı çox ciddi bir veriliş hesab edirdim. Lakin dünənki veriliş sözün əsl mənasında komediya xarakterli idi. Gülüş obyekti isə bizim hər birimizin yaxşı tanıdığı Ermənistan Baş naziri Nikol Paşinyan idi. Paşinyan sözün əsl mənasında həm özünü, həm də təmsil etdiyi Ermənistanı biabır etdi. Onun "Hardtalk" verilişinin aparıcısı Stiven Sakurun kəskin sualları qarşısında dəfələrlə çıxılmaz vəziyyətdə qalması bu insanın, əslində, heç bir siyasi-diplomatik təcrübəsinin olmadığını bir daha sübut etmiş oldu".

Politoloq bildirib ki, Stiven Sakur Paşinyanın hakimiyyətə gəlmək üçün verdiyi vədlərin yalan olduğunu bir daha sübut etdi:

"Həqiqətən də Paşinyan Ermənistana yeni başlanğıc vəd etmişdi. Hətta ölkəmizdə belə Ermənistanda baş vermiş siyasi inqilab Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə bitəcəyinə ümidlər yaratmışdı. Lakin Paşinyan bir daha bütün dünyaya erməni xalqının ikiüzlü, riyakar və işğalçı siyasətini göstərmiş oldu. N.Paşinyan Ermənistanın məxməri inqilabdan sonra dünya reytinqlərində demokratiya, insan haqları, iqtisadi inkişaf, antikorrupsiya, məhkəmə islahatı sahələrində ən sürətli inkişaf edən ölkə kimi tanındığını iddia etdi. Məsələ ondadır ki, bu gün Ermənistanda demokratiyadan söz belə gedə bilməz. Paşinyan da bütün ermənilər kimi, erməni xəstəliyindən əziyyət çəkir. Yəni dediyi yalanlara özünü yaxşıca inandıra bilib. Bu gün Ermənistanda xalq kütləvi repressiyaya məruz qalır. Bu da azmış kimi, o öz siyasi rəqiblərini, onların qohumlarını, yaxın adamlarını belə həbs etdirir".

Politoloq bildirib ki Ermənistanın uydurma, sözdə minillik tarixi heç kəsə lazım olmadığı kimi, Stiven Sakura da maraqlı olmayıb:

“Etiraf edim, verilişin ən tragikomik anı məhz aparıcıya cavab verməkdə çətinlik çəkən Paşinyanın "Artsax" adının bir neçə min il yaşı olmasından dəm vuranda S.Sakurun onun sözünü kəsərək, “Sizin iddia etdiyiniz minillik tarixinizə girmək niyyətimiz yoxdur" deməsi oldu. Bu, əslində, beynəlxalq aləmdə olduğu kimi, sadə insanlar arasında da Paşinyanın hörmətinin olmadığının göstəricisidir.

Bu gün BMT-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edən qətnamələr var. Beynəlxalq hüquq çərçivəsində Ermənistan silahlı qüvvələri işğalçı ordudur. Azərbaycan uzun illərdir torpaqlarının işğaldan azad edilməsini diplomatik yollarla tələb edir. Halbuki torpaqları geri qaytarmaq üçün hərbi variant üçün kifayət qədər imkanlarımız var. Ermənistanın əksinə, biz beynəlxalq hüququn prinsiplərinə hörmət edirik.

Həqiqət isə əvvəl-axır gün üzünə çıxır. Bu ya həqiqəti axtaran Stiven Sakur kimilərinin vasitəsi ilə, ya da Nikol Paşinyan kimi şəxslərin öz ağzından etirafı ilə baş tutur".

Tarix
2020.08.15 / 18:00
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla