Yuxarı

XİN-dən Avropa Azad Alyansına xəbərdarlıq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
XİN-dən Avropa Azad Alyansına xəbərdarlıq

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimdən olan "partiya"nın Belçikada qeydiyyatda olan Avropa Azad Alyansına üzv olması barəsində yayılan məlumatlara münasibət bildirib.

Trend-in məlumatına görə, H.Hacıyev qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzünü pərdələmək məqsədilə Ermənistan tərəfindən yaradılıb və ona əsasız şəkildə "öz müqəddəratını təyinetmə" donu geyindirilir: "Öz müqəddəratını təyinetmə prinsipi işğal, təcavüz və qanlı etnik təmizlmə əsasında ifadə edilə bilməz".

XİN rəsmisi deyib ki, Ermənistanın işğal və təcavüzü nəticəsində bir milyondan artıq azərbaycanlı qanlı etnik təmizləməyə məruz qalıb, onlar fundamental hüquq və azadlıqlardan məhrum olublar: "II Dünya müharibəsindən sonra Avropanın ən dəhşətli humanitar fəlakətlərindən biri törədilib. İşğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus maddi-mədəni və dini irs vəhşivəsinə talana və məhvə məruz qoyulub".

Onun sözlərinə görə, insan hüquqları və fundamental azadlıqlara sadiqliyini ifadə edən Avropa Azad Alyansının işğal və təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaradılmış bu qondarma rejimlə hər hansı bir əlaqəsi onun iddia etdiyi dəyərlərə ziddir və elə Avropa Azad Alyansının adına ləkədir: "İnsan hüquqları və fundamental azadlıqlardan danışıldığı halda, Avropa Azad Alyansının bu cür davranışı bu bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarına qarşı hörmətsizlikdir".

H.Hacıyev bildirib ki, işğal olunmuş ərazilər silah, narkotik maddələr, insan və orqan alveri və terrorçuların hazırlanması üçün münbit ərazidir: "Avropa Azad Alyansı ilk növbədə iddia etdiyi dəyərlərə sadiqliyini nümayiş etdirərək, bu qondarma rejimlə hər hansı bir əlaqədən çəkinməlidir".

Tarix
2015.04.17 / 21:10
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident "Qobustan" GES-in açılışında... - Foto

Bu kəndin yarısı Azərbaycana verilib - Mirzoyan

İlham Əliyev onlara müraciət ünvanladı

Zakir Həsənov Çində mühüm forumda - Foto

Hakan Fidan Ramil Həsəni ilə görüşdü

Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi - Foto

Yalnız Bakı Ermənistanı Putinin əlindən ala bilər

Bu ölkə ilə münasibətləri nəzərdən keçirdik - Hacıyev

Prezident onları qəbul etdi - Foto

Zakir Həsənov Viktor Xreninlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla