Yuxarı

"Arsak"ı erməni sözü sayan savadsızlar... - Nazirlik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Arsak"ı erməni sözü sayan savadsızlar... - Nazirlik

Təhsil Nazirliyi ötən günlər ərzində sosial şəbəkələrdə 7-ci sinif “Azərbaycan tarixi” dərsliyində “Arsak” toponiminin yer alması ilə bağlı bir çox qeyri-peşəkar və tarix elmi ilə heç bir əlaqəsi olmayan şəxslər tərəfindən təxribat xarakterli yayılan məlumata aydınlıq gətirib.

Nazirlikdən Kult.az-a verilən məlumata görə, burada əslində tarixi həqiqət təhrif olunaraq əsassız şəkildə Azərbaycan tarixinin ayrılmaz parçası olan qədim Albaniyanın 12 vilayətindən biri Arsakın guya ermənilərə aid olması ilə bağlı yanlış və heç bir mənbəyə əsaslanmayan şərhlər verilir. Ancaq bir çox tarixçi alimin (M.Kalankatuklu, A.A.Bakıxanov, Z.Bünyadov, F.Məmmədova, Q.Qeybullayev və b.) sübut etdiyi kimi, Arsak yer adı tamamilə qədim Azərbaycana aid olan məkan və addır və işğalçı qonşuların Azərbaycanın bir çox tarixi yer adları kimi bu adı da özününküləşdirmə cəhdi sadəcə tarixi saxtakarlıq nümunəsidir.

"Acınacaqlısı budur ki, bir çox sosial şəbəkə yazarı özəl nəşriyyat tərəfindən çap olunan tarixi məlumat kitabçası ilə Təhsil Nazirliyinin nəşr etdirdiyi 7-ci sinif “Azərbaycan tarixi” dərsliyini qarışdıraraq mətləbdən tamamilə uzaq düşmüş və məsələnin nə yerdə olduğundan xəbərsiz olaraq sosial şəbəkə istifadəçilərinə yanlış məlumat vermişlər. Əslində isə 7-ci sinif “Azərbaycan tarixi” dərsliyində yer alan tarixi məlumatlar tarixçi alimlər tərəfindən səhih tarixi mənbələrə istinad edilərək təsbit olunub. Digər “dərslik” kimi təqdim olunan kitab isə nəinki dərslik deyil, hansısa özəl nəşriyyat tərəfindən ali məktəblərə hazırlaşanlar üçün çap edilmiş soraqçadır və Təhsil Nazirliyinə heç bir aidiyyəti yoxdur. Bu, təqdim edilən foto-nümunədə də öz əksini tapır. Hələ 2015-ci ildə Təhsil Nazirliyi bununla bağlı rəsmi olaraq öz mövqeyini bildirib. Buna baxmayaraq, həmin məsələ yenidən gündəmə gələrək insanlarda çaşqınlıq yaradıb. Bir daha tarixçilərin dəqiq mənbələrinə istinadən deyə bilərik ki, tarix dünənin mirası olmaqla, həm bugünün mirası, sabahın aynasıdır. Biz hamımız tarixi gerçəkliyi dəqiq mənbələrə istinadən verməklə, həm də öz missiyamızı yerinə yetiririk", - məlumatda qeyd olunub.

Tarix
2020.09.21 / 20:28
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla