Yuxarı

Savaş Ermənistan ərazisinə keçə bilər – Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənab Prezident İlham Əliyev vaxtaşırı mətbuat və ictimaiyyət qarşısında çıxış edərək, ölkənin inkişafı, xüsusən də Dağlıq Qarabağ problemi ilə bağlı hesabat verir.

Bu sözləri Axar.az-a açıqlamasında deputat Aydın Mirzəzadə Azərbaycan Respublikansının Prezidenti İlham Əliyevin ölkə telekanallarına müsahibəsini və BMT-dəki çıxışını təhlil edərkən deyib.

Onun sözlərinə görə, ölkə başçısının verdiyi hesabatlar şəffaf, Azərbaycanın ümumi maraqlarına bağlı olan məsələləri əhatə edir:

“Bu günlərdə cənab Prezident İlham Əliyevin ölkə telekanallarına müsahibəsi və BMT-dəki çıxışı zamanı Dağlıq Qarabağ ilə bağlı məsələyə çox ciddi şəkildə toxunaraq, açıq şəkildə Ermənistan-Azərbaycan danışıqlarının getmədiyini bildirdi. Danışıqlar Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi nəticəsində dayanıb. Ermənistanın irəli sürdüyü şərtlərin heç biri qəbul edilə bilməz. Azərbaycan yalnız ölkənin ərazi bütövlüyü daxilində məsələləri müzakirə etməyə hazırdır. Eyni zamanda Ermənistanın rəsmi Bakıya siyasi provokasiya cəhdləri, eləcə də Azərbaycanla hərbi konfliktə digər ölkələri cəlb etmək istəyi açıq şəkildə görünür”.

Millət vəkili qeyd edib ki, Preziden İlham Əliyev Azərbaycanın özgə torpaqlarda gözü olmadığını bir daha bildirdi:

“Eyni zamanda, Prezident “Ermənistan beynəlxalq hüquq normalarını gözləmədiyi halda Azərbaycan niyə gözləsin?!” deyə İrəvana çox sərt xəbərdarlıq mesajı göndərdi. Bu, bir daha təsdiqləyir ki, Prezident İlham Əliyev Dağlıq Qarabağ məsələsində heç bir güzəştə getməyəcək və istənilən məqamda savaş Ermənistanın ərazisinə də keçə bilər”.

Tarix
2020.09.22 / 17:19
Müəllif
Xədicə Nəbiyeva
Şərhlər
Digər xəbərlər

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla