Yuxarı

Bakı bu benzini özü istehsal edərsə... – İqtisadçı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı bu benzini özü istehsal edərsə... – İqtisadçı

Ölkəmizdə bütün standartlarına uyğun benzinin hazırlanması və satışa çıxarılması vacibdir, çünki Azərbaycan neft ölkəsidir.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili, iqtisadçı alim Vüqar Bayramov Prezident İlham Əliyevin “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindəki çıxışında bu məsələyə toxunması haqda danışarkən deyib.

Vüqar Bayramov bildirib ki, neft ölkəsi olaraq Avro-5 standartlarına uyğun benzin hazır edib ixrac etməyimiz mümkündür:

“Yanacaq istehsal etməyimiz üçün xammalımız var. Bununla belə lazimi texnologiyanı ölkəyə gətirmək mümkündür. Hazırda A-92 istisna olmaqla, digər benzin növlərini idxal edirik. İdxal etdiyimiz üçün yanacağın qiyməti dünya bazarında neftin qiyməti və digər xərclərlə birbaşa bağlı olur, ona görə də Avropa standartlarına uyğun benzinin ölkə daxilində istehsalı gələcəkdə qiymətlərin optimallaşdırılması baxımından da vacibdir”.

Ekspertin fikrincə, qiymətləri proqnozlaşdırmaq hələ ki tezdir:

“Yanacaq kimi məhsulların idxal edilməsi ölkədən valyutanın getməsinə səbəb olur. Yerli istehsalın təşkil edilməsi bir tərəfdən valyutanın ölkədə qalmasına, digər tərəfdən isə məşğulluğun təmin olunmasına, ölkə daxilində əlavə dəyərin yaranmasına imkan verir. O baxımdan bu hadisə iqtisadiyyat üçün vacib və əhəmiyyətli hesab olunur. Qiymətləri proqnozlaşdırmaq hələ ki tezdir, çünki söhbət iki ildən sonra istehsal ediləcək məhsuldan gedir, amma bütün hallarda yeni yanacaq qiymətlərin optimallaşdırmasına təsir göstərə bilər”.

Tarix
2020.09.23 / 08:45
Müəllif
Fatimə Zülfüqar
Digər xəbərlər

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla