Yuxarı

Bunu ermənilər bilir və stress keçirirlər…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidentinin yerli TV-lərə müsahibəsində, gözlənildiyi kimi, bir sıra suallara, narahatlıqlara toxunuldu – xalqımıza da, müttəfiqlərimizə də açıq mesajlar verildi.

Cənab Prezident xatırlatdı ki, Serbiya və Rusiya prezidentləri ilə telefon söhbəti olub və Azərbaycan xalqının, dövlətinin narahatlığı ifadə edilib. Dövlət başçı “Gürcüstan öz ərazisindən Ermənistana silahların daşınmasına imkan vermədi. Ona görə mən Gürcüstan hökumətinə təşəkkürümü bildirirəm”, - dedi.

Bu yerdə bir daha vurğulamaq istərdim ki Azərbaycanın dostluğu, dost təşəkkürü nə qədər qiymətlisə, qarşı tərəflər üçün Azərbaycan tərəfinin narahatlığı, narazı qalması da o qədər düşündürücü olmalıdır.

Heç kəsə sirr deyil ki, Gürcüstanda məskunlaşmış, bir çox hallarda gürcü soyadları altında gizlənən separatçı ruhlu etnik ermənilər hər vəchlə Gürcüstan-Azərbaycan bağlarına zərbə vurmağa çalışır. Qonşu Gürcüstanda ötən il baş vermiş bəzi təxribat xarakterli olaylar da dünyanın dörd yanına səpələnmiş “təxribat ustası” ermənilərdən qaynaqlanırdı. Yaxşı ki, erməni xisləti Azərbaycanda da, Gürcüstanda da yaxşı bilinir. Yəqin Gürcüstanda unutmayıblar ki, Ermənistan BMT və digər beynəlxalq qurumlarda həmişə Gürcüstanın əleyhinə səs verib – konkret olaraq, ərazi bütövlüyü məsələlərində Gürcüstanın əleyhinə olub. Ancaq, Prezidentin qeyd etdiyi kimi, “Azərbaycan hər zaman Gürcüstanın yanında olub. Azərbaycan hər zaman Gürcüstanda inkişafın, rifahın, sabitliyin tərəfdarı olubdur”.

Ermənistanın Gürcüstana “ideoloji-siyasi yatırım” qoymasını bəlkə də kimsə, hansısa şəkildə “izah” edər, lakin islam ölkələri, hətta türksoylu ölkələrdə antiazərbaycan təbliğat-təşviqat işinə girişən Ermənistanın hərəkətləri və bu hərəkətlərin izahı daha qəribə təsir bağışlayır. Ermənistan xristanlığı da Qriqoryan məzhəbincə anlayan – xristianlığı erməni maraqlarınca daraldan, üstəlik, islama münasibətdə ən dözülməz durumda olan, üzr istəyirəm, məscidlərə donuz dolduran bir rejimə və antibəşəri zehniyyətə malikdir. Azərbaycan isə multikulturalizmin, tolerantlığın əsas ünvanlarından biridir; İslam həmrəyliyi işinə Azərbaycan töhfələri özünəxas örnək təşkil edir. Azərbaycan Prezidentinin xarici siyasət istiqamətli çıxışlarında əsas prioritetlərdən biri məhz müsəlman ölkələri ilə bağlarımızdır. Respublikamızı BMT-də ən çox dəstəkləyən ölkələrin də müsəlman ölkələri olduğu faktdır. Məsələn, İƏT Ermənistanın Azərbaycan torpaqlarını işğalı ilə bağlı həmişə düzgün mövqe sərgiləyir. Müsəlman ölkələri bilməlidir ki, onlarla guya “isti, dostanə” münasibətlər istəyində olan Ermənistan işğal edilmiş torpaqlarda müsəlman dini abidələrinə qarşı vandazlizm törədib; işğal bölgəsində tarixi dini abidələr dağıdılıb, müsəlman müqəddəsləri təhqir edilib...

“Hər bir müsəlman ölkəsinin rəsmi şəxsi erməni rəsmisinin Azərbaycan xalqının qanına batmış əlini sıxanda bu görüntüləri göz önünə gətirsin.

...Ermənistan İranla əlaqələrində həmişə riyakarcasına dostluq haqqında danışır. Belə də dostluq olar? Müsəlman məscidlərini dağıdırsan, sökürsən, orada inək, donuz saxlayırsan, təhqir edirsən, müsəlmanların heysiyyətinə toxunursan, sonra isə gəlib deyirsən ki, biz dost olaq?

Ermənistanda islamofobiya dövlət siyasətidir. Onlar uşaqları müsəlmanlara qarşı nifrət ruhunda yetişdirirlər” (Prezident İlham Əliyev).

Elə bilirəm, qardaş Türkiyənin Ermənistana, Ermənistanın işğalçılıq siyasətinə münasibəti müsəlman ölkələri üçün örnək təşkil etməlidir. Cənab Prezidentin vurğuladığı kimi, Tovuz hadisələri qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bir daha göstərdi. Bu, “bir ürəkdə iki can” olmanın növbəti təntənəsi, Türkiyə-Azərbaycan sarsılmaz birliyinin, əbədi qardaşlığının parlaq təcallası oldu! Qardaş Türkiyənin Cümhurbaşqanı cənab Rəcəb Tayyib Ərdoğan başda olmaqla, bütün Türkiyə rəsmiləri, aparıcı partiyalar, konstruktiv mövqeli vətəndaş cəmiyyəti institutları, bütövlükdə türk xalqı bir daha göstərdi ki, Azərbaycanın ayağına dəyən daş onları necə göynədir...

“Biz də həmişə Türkiyənin yanındayıq və bütün məsələlərdə Türkiyənin yanında olacağıq. Bizim birliyimiz böyük sərvətimizdir. Türkiyə ilə bizi ortaq tarix, ortaq etnik köklər, din, dil, mədəniyyət birləşdirir.

Son illər ərzində Türkiyə-Azərbaycan birgə hərbi təlimlərin sayı ciddi şəkildə artmışdır.

Bu təlimlər həm Azərbaycan, həm də Türkiyəyə lazımdır, regional sabitliyə lazımdır. Çünki Ermənistan regional sabitlik üçün təhdiddir.

...Naxçıvanda təlimlər keçirilmişdir və təlimlərin birində Türkiyənin Müdafiə naziri iştirak etmişdir. Bəli, bu, Tovuz hadisələrinə təsadüf edib. Bu, təsadüfidir, ya təsadüfi deyil – Ermənistan özü baş çıxarsın.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan istiqamətindən İrəvana təqribən 70-80 kilometr məsafə var. Bunu onlar bilirlər, psixoloji stress keçirirlər, müxtəlif qapıları döyüb yardım istəyirlər.

Azərbaycanın Türkiyə ilə sıx əlaqələri bundan sonra da “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edəcək”.

Cənab Prezidentin bu sözləri türkoloqlar, türk dünyasını araşdıran mütəxəssislər, ümumən beynəlxalq münasibətləri tədqiq edənlər üçün, anadolulu qardaşlarımız demiş, klavuzdur, mükəmməl təsbitdir.

Əlbəttə, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik! Əlbəttə, dağıdılmış yaşayış məntəqələrimizi, viran edilmiş, yaxud dəyişdirilmiş tarixi abidələrimizi bərpa edəcəyik:

“Küçələrə Azərbaycan adlarını verəcəyik, adları dəyişdirilmiş kəndlərə öz əsl adlarını qaytaracağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” (İlham Əliyev).

Və bu, bizimçün xəyal, ehtimal və ya ümid deyil, məhz inamımızdır!

Biz yaxşı bilirik ki, işğalçı Ermənistan, necə deyərlər, özünə belə yararı olmayan bir dövlətdir. Bərbad və ümidsiz iqtisadiyyatı, məhdud bazarı, azalan (və yaşlı) əhalisi ilə heç bir cəlbediciliyi qalmayan “qalib ədalı”, amma çökməkdə olan Ermənistan əvvəl-axır haqq etdiklərini görəcək, əməllərinin bədəlini yaşayacaqdır!

21 sentyabr Beynəlxalq Sülh Günüdür! Biz Sülh Günündə sülh üçün təhdid yaradan xunta rejimindən, işğalçıdan, terrorizm yuvasından və “demokrat libaslı” işğalçı zehniyyətli Paşinyan-dan yazmalı, danışmalı oluruq. Və Sülh Günündə belə təxribatlarından əl çəkməyən işğalçı Ermənistan dövlət sərhəddinin Tovuz istiqamətində kövrək atəşkəsi yenə pozdu və ordumuzun çavuşu Elşən Əli oğlu Məmmədov şəhid oldu. Hərbçimizin qanı yerdə qalmayacaq! Bizim işimiz bütün ölçü və ülgülərlə haqq işdir, biz mütləq qalib gələcəyik!

Paytaxt Bakıdan Xankəndiyə, gənclik və sülh şəhəri Sumqayıtdan Şuşaya, qəhrəman Tovuzdan Kəlbəcərə aparan yollarımız sülh üçün müharibə tələb edirsə, gərəyini yerinə yetirəcəyik!

Dövlətimiz, Ordumuz var olsun!

Qənirə Paşayeva,

Milli Məclisin Mədəniyyət komitəsinin sədri

Tarix
2020.09.23 / 14:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla