Yuxarı

Azərbaycan bunun üçün savaşır - Perenciyev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanla Azərbaycan arasında silahlı münaqişənin qızışması mövzusundan danışarkən qeyd etmək lazımdır ki, Azərbaycan Ermənistana hücum etməyib, hətta işğal altında olan Dağlıq Qarabağa da hücum etməyib. Bakı ilk növbədə Azərbaycanın tərkibinə daxil olmuş və heç vaxt Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olmayan ərazilərinin işğaldan azad edilməsi uğrunda döyüş aparır. Yəni bunu hücum yox, öz torpaqlarını azad etmək üçün savaş adlandırmaq daha düz olar.

Bu barədə Axar.az-a açıqlamasında Müstəqil Hərbi Politoloqlar Assosiasiyasının eksperti, rusiyalı ekspert Aleksandr Perenciyev bildirib.

Onun sözlərinə görə, Ermənistanın işğal etdiyi 7 rayon beynəlxalq hüquq və siyasət baxımından rəsmi Bakı ilə İrəvan arasında mübahisə predmeti deyil:

“Danışıqlar yalnız keçmiş DQMV məsələsi ətrafında aparılır, lakin erməni tərəfinin Azərbaycana heç bir şərt olmadan qaytarmalı olduğu yeddi rayon barədə deyil. Burada bilmək lazımdır ki, Azərbaycan təcavüzkar deyil, olmayacaq da. O, Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad edilməsi uğrunda savaşır. Azərbaycan heç olmasa, Dağlıq Qarabağ ətrafındakı rayonlarını azad etmək istəyir”, - deyə rusiyalı ekspert bildirib.

Tarix
2020.09.28 / 13:32
Müəllif
Əli Məmmədov
Şərhlər
Digər xəbərlər

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla