Yuxarı

Cəbhə bölgəsində iki qürurlandırıcı fakt - Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cəbhə bölgəsində iki qürurlandırıcı fakt - Millət vəkili

Bu vacib dövrdə milli birliyin nümayiş etdirilməsi yüksək vətənpərvərlik hissinin göstəricisidir. Ali Baş Komandanımıza, Ordumuza güvənərək tezliklə qələbə qazanacağımıza, erməni işğalına son qoyulacağına inanırıq.

Axar.az xəbər verir ki, bu fikirləri millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib. O vurğulayıb ki, Horadiz şəhərində yerləşən Füzuli rayon xəstəxanasına baş çəkən zaman iki hadisə onda qürur hissi yaratdı.

Vüqar Bayramovun sözlərinə görə, yaralılarımızın əksəri ilkin tibbi yardım aldıqdan sonra cəbhə bölgəsinə qayıdacaqlarını bildirirlər:

“Həkimlər onlara daha bir neçə gün xəstəxanada qalıb müalicə olunmağı təklif etsələr də, mərd əsgərlərimiz döyüş xəttində öz əsgər yoldaşlarının yanında olmağa, vətən uğrunda döyüşü davam etdirməyə üstünlük verərək yenidən döyüşə qayıdıblar.

İkinci qürurverici fakt isə xəstəxananın yanında özəl aptek yerləşir. Sentyabrın 27-si erməni təxribatı baş verəndən sonra aptek sahibi aptekin açarını xəstəxananın baş həkiminə verib və deyib ki, nə qədər dərman lazım olarsa, pulsuz götürün. Həkimlər də əlavə dərman lazım olanda aptekdən istifadə edirlər. Bu fakt da milli birliyin, xalqın orduya dəstəyinin bir daha əyani təsdiqidir”.

Tarix
2020.09.29 / 12:23
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

Zelenski bu ərazilərin Rusiyada qalmasına razılaşıb?

Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye

Azərbaycanlı çoban Ermənistana belə keçib - Təfərrüat

TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla