Yuxarı

Ermənilər heç bir dəlil təqdim edə bilməyib - “Aftonbladet”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçin “Aftonbladet” qəzetində İsveçin Gənc Azərbaycanlıları təşkilatının (SUAZ) Dağlıq Qarabağ münaqişəsi barədə məqaləsi dərc edilib.

Axar.az xəbər verir ki, məqalədə SUAZ-ın sədri Mahirə Muxtarova daha əvvəl İsveç mediasında yayılan və faktlara əsaslanmayan məlumat və məqalələrə etiraz edərək yazır: “Dağlıq Qarabağ münaqişəsi haqqında danışarkən, ilk növbədə, indiki döyüşlərin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində getdiyi qeyd olunmalıdır. Nəzərə almaq lazımdır ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə əsasən, Ermənistan qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərdən dərhal çıxarmalıdır”.

Məqalədə Ermənistanın Azərbaycan neftini Avropaya nəql edən Bakı-Tiflis-Ceyhan neft kəmərinə zərbə vurmaq üçün iyulda münaqişə zonasından uzaqda yerləşən rayona hücum etdiyi xatırladılır. Qeyd edilir ki, bu hücum regionda gərginliyin artmasına səbəb olub. Bu və digər təxribatçı addımların sentyabrın sonlarında genişmiqyaslı hərbi əməliyyatlarla nəticələndiyini qeyd edən diaspor fəalı Azərbaycanın bununla başlanan haqq mübarizəsinin ölkədəki bütün siyasi partiyalar tərəfindən dəstəkləndiyini vurğulayıb.

Xarici qüvvələrin və döyüşçülərin münaqişədə istifadə olunması haqqında iftiraların da faktlara əsaslanmadığının xüsusi qeyd olunduğu məqalədə deyilir:

“Əlbəttə, Türkiyə Azərbaycanın milli mübarizəsini dəstəkləyir, amma hazırda əməliyyatlarda bir nəfər də olsun türk əsgəri iştirak etmir. Suriyalı muzdluların istifadəsi isə tamamilə erməni təbliğatının məhsuludur və buna dair heç bir dəlil təqdim edilməyib”.

Lakin müxtəlif ölkələrin vətəndaşlarının Ermənistan tərəfindən döyüşlərdə iştirakı haqqında əyani dəlillərin olmasına baxmayaraq, bu barədə dünya KİV-lərinin obyektivlik göstərməməsi təəssüf hissi ilə vurğulanıb.

Baş verən münaqişənin kökündə 1990-cı illərdə Ermənistanın Azərbaycan ərazilərini zəbt etməsi və orada yaşayan bütün azərbaycanlıların doğma yurdlarından qovulmasının dayandığı bildirilir. Diqqətə çatdırılır ki, Ermənistanın işğalçılıq siyasəti təkcə Dağlıq Qarabağla bitmir, onun ətrafındakı 7 rayon da zəbt edilib. Bu rayonlardan biri olan Kəlbəcərdən məcburi köçkün düşmüş Mahirə Muxtarova, həmçinin yazır:

“Artıq 27 ildir ki, doğma şəhərimi yenidən görmək arzusundayam. Oradan qovulan insanlar arasında azərbaycanlılarla yanaşı, kürdlər və digər millətlərin nümayəndələri də var idi. Ümumilikdə, münaqişə nəticəsində 1 milyondan çox insan öz yurd-yuvasından didərgin salınıb. İndi Azərbaycan qaçqınları öz evlərinə qaytarmaq istəyirlər”.

Tarix
2020.10.13 / 18:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla