Yuxarı

Saakaşvili Bakıdan Tiflisə cavab verdi - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Saakaşvili Bakıdan Tiflisə cavab verdi - Video

Gürcüstanın Baş Prokurorluğu tərəfindən Azərbaycanın Baş Prokurorluğuna sabiq prezident Mixail Saakaşvilinin Tiflisə ekstradisiya edilməsi üçün rəsmi sorğu göndərildiyi deyilir.

Mətbuatda yayılan informasiyaya görə, Gürcüstan Baş Prokurorluğu Bakıda olan Saakaşvilinin həbsini xahiş edib.

Saakaşvili artıq ikinci gündür ki, Bakıda keçirilən III Qlobal Forumda iştirak edir.

Sabiq prezidenti hazırda Ukraynada da fəaldır. ANS-ə müsahibəsində Mixail Saakaşvili yenidən Gürcüstana qayıdacağını söylədi:

"Əlbəttə ki, mən Gürcüstana qayıdacam ki, xalqıma kömək edim. Mənim karyeram xalqıma məxsusdur. Mənə bu yaxınlarda çox yüksək vəzifə, Ukrayna hökumət başçısının müavini olmaq təklif edildi. Bu mənim üçün böyük şərəf olardı. Gərək onda mən Ukrayna vətəndaşlığı alıb, Gürcüstan vətəndaşlığından imtina etməliydim. Lakin mən bunu etmədim. Çünki inanıram ki, mənim ölkəmin Gürcüstanın böyük gələcəyi var. Mən bu gələcəyi xalqımla birlikdə quracam".

Xatırladaq ki, Tiflis Şəhər Məhkəməsi 2014-cü ildə Gürcüstan Baş Prokurorluğunun tələbilə sabiq prezident Mixail Saakaşvili barəsində qiyabi həbs qərarı çıxarıb.

O, bir neçə sabiq nazirlə birlikdə Gürcüstan Cinayət Məcəlləsinin 333-cü maddəsi ilə vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir. Bu maddə ilə ittiham olunanları 5 ildən 8 ilədək həbs cəzası gözləyir.

Tarix
2015.04.29 / 23:53
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

Bayramov İshaq Darla Bişkekdə görüşdü

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla