Yuxarı

Düşmənin Gəncə təxribatı ilə bağlı - Bəyanat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərtac-ın Ukrayna, Belarus və Moldova üzrə xüsusi müxbiri Emil Hüseynli Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından uzaqda yerləşən, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin mərkəzi hissəsindəki yaşayış binalarını oktyabrın 17-nə keçən gecə növbəti dəfə raket atəşinə tutması ilə əlaqədar Ukrayna, Belarus və Moldova KİV-lərinə bəyanat ünvanlayıb.

Axar.az xəbər verir ki, 40-a yaxın informasiya agentliyinə, portal və qəzetə ünvanlanan bəyanatda işğalçı Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini raket atəşinə tutmaqda davam etdiyi qeyd olunub.

Vurğulanıb ki, Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də gecə saat 1 radələrində cəbhə zonasından uzaqda yerləşən, Azərbaycanın ikinci ən böyük şəhəri Gəncənin mərkəzi hissəsini raket atəşinə tutması nəticəsində ilkin məlumata görə, 13 nəfər həlak olub, 45-dən çox insan yaralanıb, çoxsaylı mülki infrastruktur obyektinə, nəqliyyat vasitəsinə külli miqdarda ziyan dəyib. Ölənlərdən 3-ü azyaşlı uşaq, 4-ü qadındır.

Sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriyadan və raket sistemlərindən atəşə tutması nəticəsində 60 mülki şəxs həlak olub, 270 nəfər isə xəsarət alıb. Həmçinin Ermənistan ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 1704 ev, 90 çoxmənzilli yaşayış binası və 327 mülki obyekt yararsız vəziyyətə düşüb.

Bəyanatın sonunda Ukrayna, Belarus və Moldova KİV-lərinin Ermənistanın terrorçu siyasətini obyektiv işıqlandırmağa və Azərbaycanın haqlı mövqeyini müdafiə etməyə çağırılıb.

Media nümayəndələrinə, həmçinin Gəncənin raket atəşinə tutulması ilə bağlı fotolar da təqdim olunub.

Tarix
2020.10.18 / 00:20
Müəllif
Axar.az
Digər xəbərlər

Qalib Azərbaycan belə vəziyyətlə barışa bilməzdi...

Bu əməliyyat dövlət suverenliyinin bərpasının yeganə yolu idi

Ağır dərs, robota çevrilən şagirdlər – Nazirlik qərar verdi

Almaniya vətəndaşlarını çıxarır: İrana hücum olacaq!

Azərbaycanlı Almaniyada yüksək vəzifəyə təyin olundu

Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı

Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi

Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...

Prezidentdən Fətəli xan Xoyski ilə bağlı sərəncam

Tokayev Allahşükür Paşazadəni qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla