Yuxarı

Qətnamələrin tez bir zamanda icrası üçün petisiya yaradıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qətnamələrin tez bir zamanda icrası üçün petisiya yaradıldı

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 4 qətnamə saylı (822, 853, 874 və 884) qəbul olundusa da, bu qətnamələrin hər birində ermənilərin təcavüzkar siyasəti pislənilsə də və erməni hərbi birləşmələrinin zəbt etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmaları birmənalı şəkildə tələb olundusa da, bu tələblər indiyə qədər yerinə yetirilməyib.

Axar.az xəbər verir ki, BMT və onun Təhlükəsizlik Şurasının qəbul etdiyi sənədlərdə təcavüzkar konkret olaraq göstərildiyi halda, təcavüzkar tərəfindən qətnamələrdə göstərilən tələblərin yerinə yetirilməməsinə görə ona heç bir sanksiya tətbiq olunmayıb.

BMT Təhlükəsizlik Şurasının bu qətnamələrinin tez bir zamanda icra olunmasını dəstəkləmək üçün petisiya hazırlanıb. Petisiyanı imzalamaq üçün bu linkə daxil olmaq lazımdır. Həqiqəti və ədaləti dəstəkləyək!

Qeyd edək ki, petisiya ilə bağlı Bakı Media Mərkəzi ingilis dilində xüsusi videoçarx hazırlayıb. Videoçarxla Bakı Media Mərkəzinin rəsmi sosial şəbəkə səhifələrində tanış olmaq mümkündür:

Feysbuk

İnstaqram

Tarix
2020.10.21 / 22:05
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla