Yuxarı

Ermənistanı itirmək təhlükəsi var – Erməni rejissor

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistanı itirmək təhlükəsi var – Erməni rejissor

Dağlıq Qarabağ konfliktinin sülh yolu ilə həlli əvəzinə Qarabağ müharibəsinin yenilənməsi Ermənistanın indiki rəhbərliyinin uğursuz siyasətinin nəticəsidir.

Axar.az xəbər verir ki, bunu “Rossiya 1” televiziyasında çıxışı zamanı erməni əsilli rusiyalı rejissor, “Mosfilm”in baş direktoru Karen Şahnazarov deyib.

“İrəvanın hazırda heç bir xarici dəstəyi yoxdur. Etiraf etmək lazımdır ki, Qarabağ uğrunda mübarizədə erməni rəhbərliyi indi “Ermənistanı necə itirməmək lazımdır” barəsində düşünməlidir. Bu, kifayət qədər çətin situasiyadır və təəssüf ki, erməni rəhbərliyinin düşüncəsiz fəaliyyətinin nəticəsidir.

İstəsən də, istəməsən də Azərbaycanın ərazi bütövlüyünü tanımaq və erməni əhalinin bu regionda təhlükəsiz yaşayışına zəmanət verəcək imkanı axtarmaq lazımdır. Başqa yol yoxdur”, - deyə o bildirib.

Şahnazarov Ermənistan cəmiyyətinin yaşadıqları ölkənin guya İsrail olmasıyla bağlı illüziyalarla zəhərlənməməsi gərəkdiyini deyib.

O vurğulayıb ki, Rusiya ciddi əsas olmadan konfliktə müdaxilə etməyəcək:

“Rusiyanın indiki halda bu konfliktə müdaxiləsi üçün hüquqi əsası yoxdur. Bəli, Rusiya Ermənistanın maraqlarını təmin etməlidir, amma Rusiyanın bura qoşunlarını atması üçün hansı əsası var? Soyqırım təhdidimi? Onu heç kim tanımayacaq. Azərbaycan prezidenti çox diqqətli çıxış edir və deyir ki, rəsmi Bakı azərbaycanlılarla ermənilərin birgə yaşayışına zəmanət verəcək.

Dağlıq Qarabağın müstəqilliyini heç kim tanımır. Belə məsələlər güclə həll edilir. Əgər gücün varsa, Bakını tut, amma gücün yoxdursa, kompromis axtar. Güzəştə getmək lazımdır, anlamaq lazımdır ki, inadkarlıqla bu məsələni həll etmək olmaz”.

Rusiyalı rejissor Qərbdə Ermənistanı heç kimin müdafiə etməyəcəyini söyləyib. O, hazırda Türkiyənin Qərbə Ermənistandan daha çox lazım olduğunu bildirib.

Şahnazarov hazırda Ermənistana yardım edən yeganə ölkənin İran olduğunu deyib. Bununla belə, o, İranda yaşayan çoxsaylı azərbaycanlı faktorunun nəzərə alınacağı təqdirdə bu münasibətin də dəyişəcəyini vurğulayıb.

Tarix
2020.10.22 / 10:44
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Orban da Əliyevə zəng etdi: Hər bir dəstəyə hazırıq!

Bayramov Ərdoğanla müzakirə olunan mövzuları açıqladı

TDT Naxçıvana hücumla bağlı bəyanat yaydı

Ərdoğan TDT-nin XİN başçılarını qəbul etdi

Efiopiyanın baş naziri İlham Əliyevə zəng etdi

Türkiyə Azərbaycanla bağlı xəbərdarlıq etdi

Tramp İranla məşğuldur, Rusiyaya “güzəşt” başladı

Rusiyadan Azərbaycan və İrana çağırış

Liviya lideri də İlham Əliyevə zəng etdi

Bakının bu addımı İrana dərs olacaq - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla