Yuxarı

Şuşa televiziyası yenidən bərpa olunur?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xalqı Şuşa, Xankəndi, Laçın və Kəlbəcərin tezliklə azad olunacağına o qədər əmindir ki, artıq doğma torpaqlarımıza qayıdacağımız günlə bağlı planlar qururuq. Bu məqamda Şuşa Televiziyasının bərpası da yenidən gündəmə gəlir və bununla bağlı indidən planlar qurulması yerinə düşərdi.

Axar.az xəbər veri ki, bu barədə Modern.az-a danışan Şuşanın icra başçısı Bayram Səfərov da Şuşa Televiziyasının yenidən fəaliyyət göstərməsini zəruri hesab edir. İcra başçısı qeyd edib ki, Ali Baş Komandan, Prezident İlham Əliyev Şuşanı və işğaldan azad olunan bütün ərazilərimizi daha gözəl şəkildə bərpa edəcək:

“Doğma torpaqlarımızda əvvəlki kimi gözəl şəhərlər, qəsəbələr salınacaq. İş yerləri açılacaq, təhsil, səhiyyə sıfırdan qurulacaq. Əvvəlkindən qat-qat yaxşı şəraitin olacağına əmin ola bilərsiniz. Doğma şəhərim Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Biz qarabağlılar da bütün quruculuq işlərində var gücümüzlə çalışacağıq.

Şuşada bütün infrastruktur obyektlərinin fəaliyyəti üçün imkan var. Mən hesab edirəm ki, vaxtilə böyük maraqla izlənən Şuşa Televiziyasının da bərpası mütləqdir. Azad olunandan sonra Qarabağ bölgəsi hər kəsin diqqət mərkəzində olacaq. Burada baş verən hadisələrin, görülən işlərin, yeni xəbərlərin bütün dünyaya duyurulması üçün televiziyanın olması vacibdir. Televiziyanın işə başlaması yeni iş yeri kimi də böyük diqqət cəlb edəcək. Düzünü desəm, Şuşa Televiziyasında çalışan jurnalistləri, əməkdaşları o qədər də xatırlamıram. Kimlər həyatdadır, bilmirəm. Çünki hazırda heç kimlə yaxın əlaqəm yoxdur. Amma bizim çox gözəl aparıcılarımız, jurnalistlərimiz, operatorlarımız var idi. Hətta 20 Yanvar faciəsi zamanı hamı AzTV-nin dağıdılması xəbərini Şuşa Televiziyasından almışdı. İndiki məqamda televiziyanın əməkdaşları da yenidən ora qayıdanda öz işlərini davam etdirə bilərlər. Güman edirəm ki, Şuşa Televiziyası yenidən bərpa olunacaq”.

Tarix
2020.10.24 / 01:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla