Yuxarı

Cəlilabadda sümüksüz at əti aşkarlandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qidaya yararsız at ətlərinin kəsimi və satışı ilə məşğul olan şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Axar.az-a verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşları tərəfindən mənşəyi məlum olmayan ət məhsullarının hazırlanmasında şübhəli bilinərək saxlanılmış Cəlilabad rayonunun Sərhədabad kənd sakini Cəlal Mirzəyevin idarə etdiyi VAZ-21011 markalı avtomobilə baxış keçirilən zamanı oradan 34 kiloqram sümüksüz at əti aşkar edilərək götürülüb. Həmin ət məhsulunun Cəlilabad rayonunun Sərhədabad kənd sakini T.Qasımov tərəfindən hazırlandığı müəyyən edilib. Araşdırmalarla Toğrul Qasımovun müxtəlif şəxslərdən ucuz qiymətə aldığı atları yaşadığı Sərhədabad kəndində kəsdiyi və sümükdən ayrılan ətlərin mal əti adı ilə satıldığı məlum olub. Həmin ətlərin satışının təşkilində onunla əlbir olan Cəlilabad şəhər sakini Əli Həsənov da müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

Tarix
2020.10.26 / 12:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin Ştaynmayerlə təkbətək görüşü başladı

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla