Axar.az
Yuxarı

Paşinyanın kapitulyasiya çıxışı: reallığı qəbul etmir, əksinə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyanın bu gün Feysbuk səhifəsində canlı yayım edərək, erməni xalqının “ağrılı kompromisə” belə hazır olması barədə sözlərindən onun artıq reallığı dərk etməsi haqda yanlış təsəvvür yaranır.

Nəyə görə yanlış?

Çünki Paşinyan “erməni xalqı”nın “ağrılı komromisə” hazır olduğunu, ancaq “kapitulyasiya”ya hazır olmadığını deyir.

Məsələ burasındadır ki, o, “kapitulyasiya” deyəndə Qarabağdan danışır (Məhz Qarabağ – “Artsax” deyil):

“Azərbaycan hazırda Qarabağ məsələsinin həll olunmasını deyil, Qarabağın təslim olmağını istəyir”.

Erməni xalqı – ümumi olaraq Ermənistanda yaşayanlara aiddir. Azərbaycan Ermənistanda müharibə aparmır ki, “erməni xalqı” da kapitulyasiyaya hazır olub-olmadığını müzakirə etsin.

Nikol Paşinyan hələ də işğalçılıq iddialarından geri durmaq, ordusunu Azərbaycanın dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən tanınan ərazilərindən çıxarmaq, BMT qətnamələrini icra etmək niyyətində deyil. “Ağrılı kompomis”lərdən danışır, amma “erməni xalqı kapitulyasiyaya hazır deyil” deyə, Azərbaycan torpaqlarından əl çəkməyəcəyini nümayiş etdirir.

Bu, xəstə, faşist təfəkkürün nəticəsidir. Bu gün yayılan videolardan da göründü ki, Ermənistan ordusu tam xaosun içindədir: əsgərləri ayaqqabısız, buşlatsızdır, hətta bəzi erməni gənclər avtomatın hansı şəraitdə necə işləməsindən belə xəbərsizdir və deməli, bu şəxslər heç bir normal təlim görmədən, normal geyimlə təmin edilmədən birbaşa cəbhələ, Ordumuzun önünə “canlı hədəf” olaraq göndəriliblər.

Erməni təbliğat maşını vaxtaşırı olaraq “növbəti erməni soyqırımı” baş verir deyə, həşir qoparmaqla məşğuldur. Faktiki olaraq da belə bir soyqırım siyasətinin aparıldığını müşahidə etmək olar - ancaq Paşinyan tərəfindən. Yoxsa 13-14 yaşlı uşaqları, qocaları, hətta qadınları, qızları, heç bir təcrübə görməyən gəncləri döyüşə göndərməyin başqa adı nədir?

Paşinyan faktiki olaraq faşist mahiyyətini ortaya qoyur: onun üçün erməni xalqının heç bir dəyəri yoxdur. “Azərbaycanı kompromisə getməyə inandırmaq üçün bütün gücümüzü cəmləşdirməliyik", - deyə Paşinyan öz azsaylı xalqını zorla yad ölkəyə, yad torpaqlar üçün ölməyə, Ermənistan cinayətkar rəhbərliyinin işğalçılıq siyasətinin qurbanı olmağa göndərir.

Eynilə Hitlerin 1945-ci ilin aprelində yeniyetmələri cəbhəyə yola salması ilə bağlı keçirdiyi “mərasimə” bənzəyir.

Amma çox ciddi bir fərq var: Hitler müharibəni uduzmuşdu və Almaniyanı tam kapitulyasiyaya məcbur etmək üçün müttəfiq qoşunlar Almaniyanı, konkret olaraq Berlini tutmaq üçün hücuma keçmişdilər. Orda doğrudan da Almaniyanın taleyi həll olunurdu. Başqa sözlə desək, faşist işğalı artıq başa çatmışdı, artıq Almaniya özü öz torpağı üçün vuruşurdu.

Bəlkə də buna görə hardasa alman yeniyetmələrinin Berlinin müdafiəsinə göndərilməsi dəhşətini anlamaq mümkündür.

Paşinyan isə yeniyetmələri, uşaqları, qocaları, qadınları məhz “kapitulyasiya” ilə şantaj edərək, əslində işğalçılıq siyasətini davam etdirmək üçün yad torpaqlara göndərir.

Heç bir normal ölkə başçısı bu qədər ağır hərbi zərbələr aldıqdan sonra ölkəsinin taleyini təhlükəyə atmazdı. Məsələ ondadır ki, Azərbaycan hərblə öz ərazisi bütövlüyünü bərpa etdikdən sonra Ermənistan aldığı zərbələrdən ciddi təhlükədə olacaq. Belə ki, Ermənistan heç bir halda işğalçılıqdan əl çəkmyəcəksə, Prezidentimizin sözləri ilə desək, erməni ordusu it qovulan kimi Azərbaycan torpaqlarından sonadək qovulacaqlarsa, onda kommunikasiyaların bərpası da asan başa gəlməyəcək. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü qəbul edənə və birmənalı olaraq işğal siyasətindən əl çəkdiyini elan edənə qədər Azərbaycan siyasi-iqtisadi təzyiqlərini davam etdirəcək.

Belə şəraitdə darmadağın olan ordunu, iqtisadiyyatı və məhv olmuş genefondu Ermənistanın yaxın onilliklərdə də bərpa etməsi mümkünsüz görünür.

Bir müddət öncə Ermənistan baş naziri 2050-ci il üçün əhalinin 5 milyona çatdırılacağı barədə “proqramını” açıqlamışdı. Faktiki olaraq Ermənistanda artım olmayıb – 1991-ci ildə 3,5 milyon olan Ermənistanda hazırda 2,8 milyon əhali yaşadığı bildirilsə də, real olaraq heç 2 milyon da deyil. Müharibə və iqtisadi zərbələrdən sonra isə bu əhalinin daha da kəskin azalacağı qaçılmazdır.

Beləliklə, yaxın onilliklərdə nəinki 5 milyona qalxmaq, hətta ümumiyyətlə hazırkı saya qayıtmaq belə mümkün olmayacaq.

Bu, adi hesablamalardır. Ancaq Ermənistan baş naziri bunları anlamaq iqtidarında deyil.

Bu şəxs sözün bütün mənalarında faşistdir – yalnız kapitulyasiyadan anlayır. Buna görə də Azərbaycan Ordusunun Paşinyanı kapitulyasiyaya məcbur etmək üçün hərbi əməliyyatları Ermənistan ərazisinə keçirmək hüququ da yaranır. Beynəlxalq hüququ görə, Ermənistan işğalçılıq siyasətindən əl çəkib Azərbaycanın ərazi bütövlüyünü tanımasa, bunu ona zorla qəbul etdirmək üçün Ermənistan ərazisində Azərbaycan özünə “təhlükəsizlik zolağı” yaratmaqla, İrəvanı buna məcbur edə bilər...

Tarix
2020.10.27 / 09:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Şamil Ayrım: Fransadan ziddiyyətli mövqelərin səbəbi...

Rusiyadan Qarabağa növbəti heyət göndərildi

“Xristianlığın müdafiəçiləri” bunlara susur! – Mahmudov

Fransanın 8 senatoru verdikləri səsi geri götürdü

Fransanın bu addımı Bakıya açıq təhqirdir - Korotçenko

İrəvan kapitulyasiyanı qəbul edib, Fransa isə “dayanmır”

Fransa Senatının qətnaməsi ilk siqnaldır - Trofimçuk

Parisdən riskli Qarabağ gedişi: Senat bunu itirib...

Akardan Fransa Senatına sərt mesaj

Özoral və Musəvi Qarabağı müzakirə etdi

KULT
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla