Yuxarı

Azərbaycandan Qazaxıstana TIR-larla at daşınır - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycandan Qazaxıstana TIR-larla at daşınır - Video

Azərbaycandan Qazaxıstana çoxlu sayda at aparıldığı iddia edilir.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Qazaxıstanda olduğunu bildirən sosial media istifadəçisi paylaşdığı videoda Azərbaycandan ikimərtəbəli TIR-la çoxlu sayda atın gətirildiyini deyib.

“Burada, Qazaxıstanda at əti ən bahalı ətdir. Azərbaycandan Qazaxıstana saysız-hesabsız at gəlir. Bəlkə 100 başdır. İkimərtəbəli TIR-da at gətirilib. Siz də orada axtarın...”, - deyə o bildirib.

Sözügedən görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İstifadəçilər atların ölkədən çıxarılmasına nəzarət edilməsinin vacibliyini qeyd ediblər.

Məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, görüntülərdə səsləndirilən məlumatlar atların hansı məqsədlə aparıldığını təsdiqləmir. Onun sözlərinə görə, belə bir ticarət mövcuddursa, bunun arxasında ilk növbədə bazar amili dayanır:

“Xarici ölkədə Azərbaycan atına daha yüksək qiymət formalaşırsa, sahibkar üçün ixrac daxili bazarda satışdan daha gəlirli ola bilər.

Azərbaycanın Qazaxıstanla qeyri-neft ticarət əlaqələri də kifayət qədər genişdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin əvvəlində Qazaxıstan Azərbaycanın qeyri-neft-qaz ixracında əsas istiqamətlərdən biri olub. Bu baxımdan atçılıq məhsullarının da xarici bazarlara çıxarılması nəzəri olaraq yeni gəlir mənbəyi yarada bilər".

A.Nəsirli qeyd edib ki, xarici bazarın açılması Azərbaycan atçılığı üçün əlavə investisiya və gəlir imkanları yarada bilər:

“Sahibkarlar daha keyfiyyətli damazlıq atların yetişdirilməsinə, təsərrüfatların genişləndirilməsinə və yeni ixrac kanallarının yaradılmasına maraq göstərə bilərlər. Bununla yanaşı, ixracın genişlənməsi atçılığın inkişafına xidmət etməsi üçün prosesin baytarlıq, gömrük və heyvanların daşınması qaydalarına uyğun aparılması, həmçinin ölkədə damazlıq və genetik resursların qorunması vacibdir.

Ona görə də məsələnin əsas iqtisadi tərəfi “Azərbaycandan at aparılırmı” sualından daha genişdir. Əsas sual budur ki, Azərbaycan atçılığı xarici bazarlarda hansı dəyəri yarada bilir və bu dəyərin nə qədəri yerli fermer və yetişdiricinin gəlirinə çevrilir. Əgər Qazaxıstan və digər bazarlarda Azərbaycan atlarına real və davamlı tələb varsa, bu sahə kənd təsərrüfatında ayrıca ixrac istiqamətinə çevrilə bilər”.

Tarix
2026.09.21 / 16:25
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla