Yuxarı

Ombudsmandan erməni terroru ilə bağlı açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

26 oktyabr 2020-ci il tarixdə saat 08:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini ardıcıl şəkildə pozmaqla müharibə cinayətlərini davam etdirən Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları zonasında və ondan uzaqda yerləşən Azərbaycanın mülki əhalisinin sıx məskunlaşdığı yaşayış məntəqələrini və infrastruktur obyektlərini qadağan olunmuş silahlardan, əməliyyat-taktiki raket sistemlərindən, ağır artilleriyadan istifadə etməklə atəşə tutur.

Axar.az xəbər verir ki, bu barədə Ombudsmanın mətbuata açıqlamasında deyilir.

Qeyd edilir ki, Ermənistan silahlı qüvvələri tərəfindən ikinci gündür ki, Bərdə rayonu ərazisində mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrinin beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından növbəti dəfə istifadə edilməklə atəşə tutulması çoxsaylı insan tələfatı və dağıntılar baş verməsi ilə nəticələnib.

Təəssüflə bildiririk ki, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində Bərdə şəhərində dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə raket zərbələrinin endirilməsi nəticəsində 21 nəfər həlak olub, 70-ə yaxın şəxs yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə isə külli miqdarda ziyan dəyib.

Təcavüzkar siyasətindən, sülh və insanlıq əleyhinə yönəlmiş müharibə və terror cinayətləri törətməkdən hələ də əl çəkməyən işğalçı Ermənistan mülki insanlara qarşı növbəti dəfə terror akı törətməklə beynəlxalq hüququn norma və prinsiplərini, beynəlxalq humanitar hüquq normalarını, o cümlədən Cenevrə Konvensiyalarını, xüsusilə də Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Konvensiyanı, habelə BMT-nin Uşaq Hüquqları Konvensiyasını müddəalarını bir daha kobud şəkildə pozub.

Ermənistanı daha da azğınlaşdıran, sülh və insanlıq əleyhinə yönəlmiş yeni-yeni qatı cinayət əməlləri törətməyə sövq edən əsas amillərdən biri də həmin işğalçı dövlətin ötən dövr ərzində Azərbaycana qarşı törətdiyi müharibə və terror cinayətlərinə görə nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən beynəlxalq hüquqi sanksiyaya məruz qalmaması, ölkəmizin ərazi bütövlüyünü tanıyan, işğal olunmuş torpaqlarımızın qeyd-şərtsiz azad olunmasının, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının hüquqi vəziyyətini müəyyən edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrası üzrə təsirli tədbirlərin görülməməsi ilə bağlıdır.

Bir daha dünya ictimaiyyətinə səslənərək bildiririk ki, Ermənistan tərəfindən müntəzəm şəkildə törədilməkdə davam edən qəddar, qeyri-insani cinayət əməllərinə laqeyd qalmayın, beynəlxalq müharibə cinayətlərinə yol vermiş işğalçı Ermənistan dövlətindən beynəlxalq hüquq normalarına və BMT Nizamnaməsinin tələblərinə əməl etməyi, mülki əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradan cinayətkar əməllərdən çəkinməyi, Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmalarını, dinc əhalinin qətlə yetirilməsində təqsirkar olan şəxslərin cəzalandırılması ilə bağlı təsirli tədbirlər görülməsini ədalət və insanlıq naminə tələb edin.

Tarix
2020.10.28 / 20:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bağanis Ayrım kəndi minalardan təmizlənir

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla