Yuxarı

Misir mediası da yaydı: ermənilərin 5 mindən çox itkisi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Misir mediası da yaydı: ermənilərin 5 mindən çox itkisi...

Misirin “Youm7” saytı Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın "İnterfaks" agentliyinə müsahibəsindən əsas məqamlara geniş yer ayırıb.

Axar.az xəbər verir ki, dövlətimizin başçısı Ermənistanın döyüş meydanında 5 mindən çox itki verdiyini bildirib. Bununla yanaşı, Prezident İlham Əliyev cəbhədə məğlub olan erməni silahlı qüvvələrinin dinc insanları və mülki obyektləri hədəf aldığını vurğulayaraq deyib: “Bilirsiniz ki, dünən kasetli raketlərlə atəşlər nəticəsində Bərdədə dörd dinc vətəndaş, o cümlədən 7 yaşlı qız həlak olub. Bərdə münaqişə zonası deyil. Yəni bu, Vaşinqtonda razılaşdırılmış atəşkəsin kobud şəkildə pozulmasıdır. Bundan əvvəl Moskvada razılaşdırılmış atəşkəs elə ertəsi gün ermənilər tərəfindən Ermənistan ərazisindən Gəncəyə ballistik raket atılması yolu ilə pozuldu. Bunun nəticəsində 10 nəfər həlak oldu. Gəncəyə ballistik raketlərlə ikinci hücum nəticəsində bu dinc şəhərdə daha çox, ümumilikdə isə 30-a yaxın insan həlak oldu... Hərçənd, erməni tərəfin aqressiv davranışı və onların beynəlxalq hüququ kobud şəkildə pozması, Cenevrə konvensiyalarını pozması və hərbi cinayətlər törətməsi, əlbəttə, onların nizamlama məsələsini konkret müzakirə etməyə hazırlaşmasından xəbər vermir. Ona görə ki, dinc şəhərlərə kasetli raketlərlə və döyüş sursatları ilə hücumlar hərbi cinayətdir. Ermənilərin atəşləri nəticəsində bizim 69 dinc vətəndaşımız həlak olub, 300-dən çox adam yaralanıb”.

Portalın xəbərində BMT Təhlükəsizlik Şurası, ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti ilə əlaqədar Azərbaycan Prezidentinin söylədiyi tənqidi sözlər, onun Ermənistan rəhbərliyinin riyakarlığı barədə fikirləri də yer alıb.

Tarix
2020.10.30 / 01:24
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla