Yuxarı

Çaxalyanın Cavaxetiya ermənilərindən xahişi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağdakı erməni işğalçılarının mövqeyi pisləşdikcə, onların kömək çağırışları bir o qədər yüksəlir. Ermənistan artıq qadınları, uşaqları, qocaları, keşişləri və hətta məhkumları cəbhəyə göndərib, lakin “top yemi” hələ də çatışmır - İrəvan artıq Azərbaycan Ordusunun qalibiyyətini dayandırmaq gücündə deyil.

Təkcə Qarabağdakı separatçılar deyil, digər yerlərdə olanlar da kömək üçün diasporaya müraciətləri davam etdirirlər. Üstəlik, yalnız maliyyə deyil. Onlara döyüşçülər və terrorçular lazımdır.

Axar.az xəbər verir ki, hazırda Qarabağda döyüşən Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsindən olan məşhur separatçı Vaaqn Çaxalyan Cavaxetiya ermənilərindən Qarabağa gəlmələrini və kömək etmələrini gözyaşları axıdaraq xahiş edir.

Feysbuk səhifəsində Çaxalyan gələcək silahlılara diversiya hazırlıq kursları keçmələrini tövsiyə edib, hətta əlaqə qurmalı olduqları telefon nömrəsini də paylaşıb.

Vətəndaşları Cavaxetiya sakinləri olan Gürcüstanın hüquq-mühafizə orqanları artıq hərəkətə keçməlidirlər. Çünki gələcəkdə Qarabağdan sağ qaça biləcək həmin şəxslər artıq təlim keçmiş, hazırlıqlı döyüşçü kimi və “Cavaxetiyanı Ermənistana birləşdirmək” xəyalı ilə Gürcüstana qayıdacaqlar.

Gürcüstanın baş ağrısına ehtiyacı varmı? Çətin ki! Buna görə gürcü qonşularımızın indi Çaxalyanın tərəfdarlarına qarşı müvafiq profilaktik tədbirlər görməsi lazımdır.

Tarix
2020.10.31 / 18:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla