Yuxarı

Qarabağ cəbhəsində gizlənən akademiklərimiz

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

44 günlük Vətən müharibəsinin birinci mərhələsi başa çatıb. Azərbaycan xalqı bu Haqq savaşında əsgərindən tutmuş satıcısına qədər bütün gücü ilə iştirak etdi. Ancaq bu savaşda yer almağı özünə milli-mənəvi borc bilməli olan bəzi şəxslər nədənsə gözə dəymədi. Söhbət informasiya, diplomatiya savaşında ölkəsinin yanında olmaqdan gedir.

Ermənilərin cümlə qura bilməyən Kim Kardaşyanları tumanlarını başlarına çəkib vay-şüvən qopardılar, amma bizim kitabxana, “yekəxana” kimi gördüyümüz bəzi akademiklər heç çayxana səviyyəsində belə bu prosesdə yer almadılar.

Çətin idimi, hörmətli akademiklər?

Məsələn, Fransa lideri Makrona Qarabağ həqiqətlərini çatdırmaq üçün bir səhifəlik müraciət məktubu yazmaq olmazdımı? Başqa vaxt yaltaqlanmaq üçün 20 səhifəlik müraciət yazırsınız, dastan bağlayırsınız, basıb bağlayırsınız... özünüzü yağlayırsınız – niyə yağladığınız məlum!

Niyə şəxsi nüfuzunuzdan, əlaqələrinizdən istifadə edib ölkəmizə qarşı olan, erməni lobbisinin təsirinə düşən bəzi dünya liderlərinə, digər rəsmilərinə haqqı göstərməyə çalışmırsınız? Nə vaxta qədər Türkiyə mediasında yayımlanmış məqalələrinizi camaatın gözünə soxacaqsınız? Türkiyədə Qarabağı təbliğ etməyə ehtiyac varmı? Türkiyə zatən təpədən-dırnağa Qarabağa bürünüb. Bizə haqq davamızı dəstəkləməyən ölkələrdə güclənmək, buranın ictimaiyyətini aydınlatmaq lazımdır. Bu da bizim, sizin işinizdir.

Deyək ki, müharibə vaxtı hamımız həyəcanlı, sevincli olduq, vaxt tapıb hansısa liderə məktub yaza, müraciət ünvanlaya, haqq səsimizi çatdıra bilmədik. Bəs indi? İndi ki bunun tam zamanıdır! Biz döyüş meydanında qələbə qazanmışıq, amma bəzi Qərb ölkələri bu Qələbəmizi əlimizdən almaq üçün qollarını çirmələyib. Ermənilər Avropada Azərbaycanın guya soyqırım həyata keçirməsi fikrini formalaşdırmağa cəhd edirlər. Siz isə düşmənin təbliğat maşınının qarşısında durmamaqla erməni ilə eyni siyasəti yürütmüş olursunuz.

Dövlətimizin, Ordumuzun qazandığı meydan müharibəsinə niyə informasiya müharibəsində dəstək vermirsiniz?

Dünən ədaləti əsgərin avtomatı bərpa edirdi, bu gün bunu həm də sizin qələminiz edə bilər. Ya özünüzün, ya nəzarətinizdə olan qurumun bu cəbhədə aktiv fəaliyyət göstərməsi çətin bir şey deyil.

Məsələn, akademik Kamal Abdullanın rektoru olduğu Azərbaycan Dillər Universitetinin tələbələri dünyanın müxtəlif ölkələrinə, liderlərinə yüzlərlə, bəlkə minlərlə məktub göndərir. Əmin olun, bu məktublardan biri bəzən 100 güllədən daha çox hədəfə dəyir.

Bəli, bu gün biz Azərbaycan olaraq eyni hədəfə vurmalıyıq! Həm də bütün cəbhələrdə!

Qeyd: Avqustun sonunda AMEA prezidenti, akademik Ramiz Mehdiyev ziyalıların “şəxsi nüfuzundan istifadə edərək” dünya liderlərinə Azərbaycan həqiqətlərini çatdırmamasından gileylənmişdi.

Görəsən, özü nümunə göstərə, Rusiyadakı antiazərbaycan ovqatlı politoloq-aparıcılara fərdi qaydada müraciətlər edə bilərmi?

Tarix
2020.11.23 / 13:04
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

Əliyevin Ştaynmayerlə təkbətək görüşü başladı

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla