Axar.az
Yuxarı

Axar.Az Logo

Səfirimizin qalmaqala səbəb olan sözləri ilə bağlı açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Ukraynadakı səfirliyi bəzi KİV-lərin səfir Elmira Axundovanın müsahibəsinin ümumi kontekstindən çıxarılmış cümlənin tərcüməsinin təhrif olunmuş formada paylaşılmasına dair açıqlama yayıb.

"Səfir Elmira Axundova aparıcı Şusterin “Türkiyə Azərbaycanın hazırda əsas müttəfiqidir və beləliklə də, Türkiyə ən azı Zaqafqaziyada ciddi faktordur, belədirmi?” sualına “Yəqin ki, belədir... Türkiyə Rusiya ilə birlikdə mütləq bu münaqişənin həllinin nizamlanmasında iştirak edəcəkdir, buna da heç də təəcüblənmək lazım deyil. Çünki Türkiyə 1991-ci ildən ölkəmizin ən yaxın müttəfiqidir... həmişə bizə dəstək olub. Biz qardaş dövlət və qardaş xalqlarıq...” fikirlərini söyləyib. Səfir E.Axundova çıxışını “hansısa Türkiyə bizə kömək etməyib” kimi yox, məhz “heç də nə Rusiya, nə Türkiyə! Biz özümüz bunu etdik – bizim əsgərlərimiz, bizim zabitlərimiz!” ifadəsi ilə yekunlaşdırıb", - məlumatda bildirilir.

Səfirlikdən Axar.az-a verilən məlumata görə, E.Axundovanın Şusterin 13 noyabr tarixli bu verilişindəki nitqinin tam videosu səfirliyin sosial şəbəkələrində yerləşdirilmiş və yalnız Feysbuk səhifəsində bu videonun 100 minə yaxın izləyicisi olub və əsasən də ermənilər tərəfindən həmin videoya nəlayiq sözlərlə şərhlərin verilməsi davam edir.

"Onu da qeyd etmək istərdik ki, bu verilişə səfir E.Axundova ilə eyni zamanda Ermənistanın Ukraynadakı səfiri də dəvət olunmuş, nəticədə isə erməni səfiri bunun “yaxşı ideya” olmadığını veriliş təşkilatçılarına bildirərək qəti şəkildə çıxış etməkdən imtina edib.

Qeyd edək ki, səfir E.Axundova Ukraynaya təyinatının ilk günlərindən məhz Türkiyə səfirliyi ilə sıx və isti münasibətlər qurmuşdur. Belə ki, səfirliyimizin təşəbbüsü ilə Türkiyə Respublikasının qurucusu, dahi Atatürkün 10 Noyabr - Anma Günündə Ukraynanın xalq rəssamı, azərbaycanlı heykəltəraş Katib Məmmədovun yaratdığı büst-əsərin hədiyyə şəklində təqdim edilməsi Türkiyə səfirliyi və türk mətbuatı tərəfindən yüksək qiymətləndirilib.

Eləcə də, səfirliyimizin təşkilatçılığı ilə 18 oktyabr – Müstəqilliyimiz Günü münasibətilə Kiyev şəhərinin mərkəzində yerləşən nüfuzlu “UNİAN” informasiya agentliyində Azərbaycan və Türkiyə səfirlərinin birgə brifinqində bəyan etdikləri fikirləri Ukraynanın aparıcı KİV-ləri və geniş ictimaiyyəti arasında ciddi marağa səbəb olmuşdur. Belə misalları yenə də gətirmək olardı.

8 Noyabr tarixində Şuşa şəhərimizin işğaldan azad olunması ilə bağlı Ali Baş Komandanımız cənab İlham Əliyevin xalqına müraciəti zamanı zəfər dolu nitqində səsləndirdiyi “Bizim torpaqlarımızı yalnız Azərbaycan əsgərləri, Azərbaycan zabitləri azad edirlər. Məhz əsgərlər, müdafiəyə sinəsi ilə dayanmış, heçnədən qorxmayaraq, əllərində bayraq, əllərində silahla düşməni qovurlar və məhv edirlər. Bizim əsgərlərimizə eşq olsun!” bəyanatını səfir E.Axundova uyğun şəkildə Ukraynanın geniş tamaşaçı auditoriyasına növbəti efir vaxtlarında dəfələrlə çatdırıb", - səfirliyin açıqlamasında bildirilir.

Tarix
2020.11.23 / 18:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağa qaytarılan ermənilərin – Son sayı

Bakı Transxəzər boru kəmərini canlandırır - Korıbko

Yəhudiləri Azərbaycana bağlayan səbəb – Levin

Ermənilər Baydenin gəlişinə niyə sevinir?

Nikol Putini təkzib etdi: Bakının dayanması üçün 3 dəfə... - Video

Erməni həyasızlığı bitmir: Baydenə Qarabağ çağırışı...

Azərbaycana qarşı bu cür düşünürdük... - Hekekyan

Putinin Qarabağda oynadığı rol... - Slutski

Türkiyə ən çox bu ölkələrə silah satıb: Bakı neçəncidir?

Rusiya TŞ üzvündən Qarabağ açıqlaması

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla