Yuxarı

Erməni hərbçilər Rusiya ordusuna meydan oxudu - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni hərbçilər Rusiya ordusuna meydan oxudu - Video

Xocavənd rayonunun Tağaverd kəndi ərazisindəki erməni hərbçiləri hələ də ərazini tərk etməyib.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası geniş reportaj hazırlayıb.

Süjetdə xüsusi olaraq vurğulanıb ki, 10 noyabr tarixli üçlü Bəyanatla bu kənd Azərbaycan Ordusunun nəzarətinə keçsə də, erməni silahlılar “bu barədə eşitmək belə istəmirlər”.

“Tağaverd kəndini qoruyan ermənilər yerindədir, onların qarşısına qoyulmuş döyüş tapşırığını yerinə yetirirlər”, - hazırlanan süjetdə bildirilib.

Tağaverd ərazisindəki erməni silahlıları da video-müsahibə veriblər və “ərazini qoruduqlarını” bildiriblər.

Zəruri olaraq xatırladaq ki, Azərbaycan Ordusunun 3 noyabr əməliyyatı ilə erməni hərbçiləri Tağaverddən geri çəkildiklərini “taktiki gediş” kimi izah etmişdilər. İndi isə erməni silahlıları kanala deyib ki, Azərbaycan Ordusu kəndin “yalnız bir hissəsini nəzarətə götürə bilib”. Başqa sözlə desək, erməni silahlıları kənddə deyil, kəndə nəzarət üçün yaxınlıqdakı mövqelərdə qalmaqda davam edirlər.

Hazırda Azərbaycan Ordusunun yerləşdiyi mövqe ilə erməni silahlıları arasında “bir neçə onmetr” olduğu, hətta əsgərlərin danışığının hər iki tərəfdə eşidildiyi bildirilib.

Qeyd edək ki, 10 noyabrda imzalanan üçtərəfli Bəyanata görə, erməni silahlı qüvvələri Azərbaycan ərazisindən çıxmalı və o mövqelərə Rusiya sülhməramlıları yerləşməlidir. Ancaq ermənilər buna mümkün qədər müqavimət göstərməyə cəhd edirlər. İlk dəfə Ağdam istiqamətində mərkəzi komandanlığa tabe olmaqdan imtina edən erməni silahlılarının Rusiya sülhməramlıları ilə qarşıdurma yaşadıqları haqda Teleqram kanallarında məlumat yayılmışdı.

Erməni silahlılarının Azərbaycan ərazilərini tərk etməsinə Rusiya zəmanət verir. Ancaq ermənilərin Bəyanata zidd təbliğatı davam edir. Ona görə də növbəti belə bir qarşıdurmanın mümkünlüyü istisna edilmir.

Tarix
2020.11.28 / 01:04
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

İlham Əliyev Pezeşkiana niyə zəng etdi? - Səbəbi

Bitkoin kəskin ucuzlaşdı

Prezidentlər Araz çayı üzərindəki körpüdən danışdılar

Gərginliyin aradan qaldırılmasına töhfəyə hazırıq - Prezident

İlham Əliyev Pezeşkiana zəng etdi

Xankəndidə neçə erməni yaşayır?

İran ABŞ-la sazişi rədd etdi: Hücum qaçılmazdır

İnanılmaz: Ərəb nazir İrana zərbə endirilməsini istədi...

İrəvandan TRİPP açıqlaması: Gizli plan var, müharibə səbəbi...

Hacıyevdən İran açıqlaması: Bunu ABŞ-la müzakirə etmirik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla