Yuxarı

Rusiyada azərbaycanlılar varlıdır, yoxsa ermənilər?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın maliyyə analitiki, “Alpari” İAM-nin rəhbəri Aleksandr Razuvayevin Axar.az-a müsahibəsi:

- Erməni ekspertlərinin sözlərinə görə, Ermənistanın iqtisadiyyatı fəlakətli vəziyyətdədir. İlin nəticələrinə əsasən, respublikada ÜDM-nin azalma dərəcəsi iqtisadi tənəzzül kimi ikirəqəmli ola bilər, milli valyutanın devalvasiyası, əhali gəlirlərinin azalması, yoxsulluq faizinin artımı gözlənilir. Bu proseslərin əsas səbəbləri nədir?

- Valyuta bazarı iqtisadiyyatın ən dəqiq barometridir. Hadisələr bəzən yığılır və sonra valyuta qeydiyyatında əks olunur. 2020-ci il Ermənistan üçün çox pis il oldu.

Ermənistanda müşahidə edilən iqtisadi kollapsın səbəbləri haqqında danışarkən qeyd etmək lazımdır ki, pandemiya dünya turizmini aşağı salıb, Rusiyada işləyən miqrantların köçürmələri kəskin şəkildə azalıb.

Bu prosesdə Ermənistanın məğlubiyyəti ilə nəticələnən müharibənin də öz rolu var. Əlbəttə ki, məğlubiyyətin nəticəsi olaraq siyasi qeyri-sabitlik yarandı.

Ermənistanın investisiya cəlbediciliyi aşağıdır, perspektivlər aydın deyil, investisiyaların siyasi riskləri isə yüksəkdir. Əvvəllər Rusiyadan Ermənistana turistlər gəlirdi. Lakin bir sıra erməni spikerlərin Rusiya və Putinə qarşı mənfi ifadələrindən sonra Rusiyadan Ermənistana səyahət etmək istəyənlərin sayı azalıb.

Erməni milli valyutasının miqyaslı devalvasiyası riskləri mövcuddur. Eyni zamanda Ermənistan Milli Bankının imkanları çox məhduddur. Hazırda Mərkəzi Bankın ehtiyatları təxminən 6 aylıq idxalın dəyərinə bərabərdir.

- Rusiyada yaşayanların arasında ermənilər daha zəngindir, ya azərbaycanlılar?

- ”Forbes”in dərc etdiyi sonuncu siyahıda 6 azərbaycanlı və 7 erməni var. Azərbaycanlıların ümumi sərvəti 24,4 milyard ABŞ dolları, ermənilərin ümumi sərvəti isə yalnız 10,05 milyard ABŞ dolları təşkil edir.

- Maliyyə bazarında Qafqazdakı münaqişənin Rusiya və Türkiyənin müdaxiləsi və hətta iki ölkə arasında yarana biləcək konfliktə gətirib çıxaracağına dair narahatlıqlar var idi ki, bu da təbii ki, rubl və türk lirəsinə qarşı təzyiq yaratdı…

- Bu risklər həddindən artıq şişirdilib. Xatırladaq ki, Türkiyə NATO ölkəsi olsa da, Rusiyaya qarşı sanksiya tətbiq etməyib... Münaqişə Moskvanın Bakı və Ankara ilə xarici ticarət əlaqələrinə təsir göstərməyib.

- Azərbaycanın Qarabağ regionunun iqtisadiyyatının bərpa olunması perspektivlərini necə görürsünüz?

- Region iqtisadiyyatının bərpası üçün Azərbaycana pul lazımdır. Və əminliklə demək olar ki, Bakının lazımi vəsaiti olacaq. Qarşıdan gələn ildə vaksin pandemiyanı məğlub etməlidir. Deməli, dünya iqtisadiyyatı tənəzzüldən çıxacaq və neftin qiyməti artacaq. “Brent” markalı neftin qiyməti 60-70 ABŞ dollarına çata bilər. Qaz qiymətinin bərpası da gözlənilir.

Bundan əlavə, xarici investisiyaları da unutmaq lazım deyil - Türkiyə, Rusiya, Qazaxıstan, bəlkə də Belarus... Dağlıq Qarabağ Azərbaycandır, investorlar siyasi risklər barədə düşünməyəcəklər.

Başqa əhəmiyyətli məqam da var. Bir neçə il bundan əvvəl keçmiş Dağlıq Qarabağda yeni qızıl, gümüş və mis yataqları aşkar edilib. Bu təbii sərvətlərdən səmərəli istifadə olunsa, Qarabağ əhalisi öz yaşayış səviyyəsini köklü surətdə yaxşılaşdıra bilər. Yalnız investisiya və yaxşı sahiblik lazımdır.

Tarix
2020.11.28 / 21:14
Müəllif
Əli, Fatimə
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla