Yuxarı

KTMT Nikola müharibə xəbərdalığı etmişdi? - “Gizli” məktub

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Vatikandakı keçmiş səfiri Mikayıl Minasyanın KTMT baş katibi Stanislav Zasın 27 sentyabrdan qabaq İrəvana müharibənin başlayacağı ilə bağlı məxfi şəkildə xəbərdarlıq məktubu göndərməsi barədə dedikləri həqiqəti əks etdirmir.

Axar.az xəbər verir ki, bu sözlər Ermənistanın Təhlükəsizlik Şurasının açıqlamasında əks olunub.

TŞ-dən qeyd edilib ki, S.Zas həqiqətən də TŞ katibi Armen Qriqoryana məktub göndərib:

“Ancaq o məktub plana uyğun olaraq növbəti təlimlərin keçirilməsi ilə bağlıdır. Məhz bu məktubdan Minasyan o nəticəni çıxarıb ki, guya KTMT müharibə xəbərdarlığı edib”.

TŞ-nin yaydığı məlumatda, həmçinin o da qeyd edilib ki, Zasın məktubu “məxfi” qrifli deyil, “xidməti istifadə üçün”dür. Məktib KTMT-nin növbəti təlimi ilə bağlıdır və sözügedən təlimlər hər il əvvəlcədən xəbərdar edilməklə aparılır.

Qeyd edək ki, Minasyan ötən gün S.Zasın məktubunu və məktuba qoşmaları ictimailəşdirərək, guya Azərbaycanın və Türkiyənin Qarabağda müharibəyə hazırlaşdığı barədə Ermənistanı 26 gün öncədən xəbərdar etdiyini yazıb. İddia edilib ki, Zas 2018-ci ildən Ermənistanın bir-birinin ardınca informasiya və diplomatik müharibələri uduzduğunu yazıb və Ermənistanı ağır məğlubiyyət gözlədiyini qeyd edib. Məktubda 2018-ci ildən hərbi balansın Azərbaycanın xeyrinə pozulduğu da guya qeyd edilib və Naxçıvan istiqamətində yüksəkliklərin Azərbaycanın nəzarətinə keçməsinin (“Günnüt əməliyyatı” nəzərdə tutulur) Ermənistanı ciddi təhlükəsizlik təhdidi ilə üz-üzə qoyduğu bildirilib.

Minasyan iddia edib ki, bu fakt əslində KTMT-nin Nikol Paşinyanı müharibə ilə bağlı xəbərdarlıq etməsidir. Zas guya bu məktubda “müharibəni önləmək üçün” Nikol Paşinyanın KTMT-yə müraciət etməsi gərəkdiyini bildirib. N.Paşinyan isə buna əhəmiyyət verməyib.

Məktub ictimailəşdikdən sonra Ermənistanın Xüsusi İstintaq Xidməti araşdırmaya başlayıb.

Qeyd edək ki, ictimaiyyətə təqdim edilən məktubun surətində hər hansı müharibə xəbərdarlığı yoxdur. Sadəcə, terror, təhlükəsizlik məsələləri və s. haqda danışılır və birgə hərbi təlimlərlə bağlı müzakirə aparılır.

27 sentyabra qədər isə “yeni ərazilər uğrunda yeni müharibə” strategiyasını Nikol Paşinyan hakimiyyəti irəli sürüb və müharibəyə hazırlaşdığını gizlətməyib. 27 sentyabr günü isə təxribatı törədərək hücuma keçən də Ermənistan ordusu olub, Azərbaycan əks-hücuma keçib və Vətən müharibəsini başladıb.

Tarix
2020.12.27 / 23:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla