Yuxarı

Nikol türklər üçün bir tapıntıdır - Tevanyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nikol türklər üçün bir tapıntıdır - Tevanyan

2020 Nikolun ili idi.

Axar.az xəbər verir ki, bu barədə “Siyasi İqtisadiyyat” Araşdırma İnstitutunun rəhbəri Andranik Tevanyan qeyd edib.

O bildirib ki, dünya artıq 2021-ə qədəm qoyub, Ermənistanda isə hələ də 2020-ci ildir:

“Bizə yeni il gəlmədi. 2020 - Nikolun ili idi. O, həmişə “artsax”a, qarabağlılara və erməni ordusuna nifrət edib. Belə bir insan türklər və azərbaycanlılar üçün tapıntı idi.

2020-ci ildə Paşinyanın komandanlığı ilə “artsax” dövlətçiliyini itirdik, qarabağlılar qaçqın oldu, Ermənistanın artıq de-fakto ordusu yoxdur. Təbii ki, hamımızın diqqəti insan və ərazi itkilərindədir. Lakin unutmayaq ki, milyardlarla dollar həcmində hərbi texnika da itirmişik. Bərpa üçün isə çox böyük səy və pul lazım olacaq”.
Ekspert deyib ki, Ermənistan özü şərti olaraq müstəqil dövlətdir, çünki təhlükəsizliyi yalnız Putin vasitəsi ilə təmin olunur:

“Rusiya faktorunun olması səbəbindən Paşinyanın çəkdiyi xəttə baxmayaraq, Azərbaycan Xankəndiyə girmədi.
2020-ci ildə minlərlə oğlanımızı itirdik, ölənlərin, əsirlərin, itkin düşənlərin, yaralananların və əlillərin sayı açıqlanmır.

Nikol vəzifədə olduğu müddətdə yalanlar, kapitulyasiya və tənəzzül davam edəcək. O, ölkəmizi viran qoyacaq bir mənbənin üzərində oturan canavardır.

Nikolun müxalifəti Ermənistan Respublikasıdır. O, Ermənistan Respublikasına qarşı mübarizə aparır, çünki ölkə ondan etdiklərinin və etmədiklərinin hesabını tələb edəcək”.

Tarix
2021.01.03 / 10:11
Müəllif
Xədicə Nəbiyeva
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla