Yuxarı

Danielyan: 7-də Şuşaya “İsgəndər” atdıq, amma... - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Danielyan: 7-də Şuşaya “İsgəndər” atdıq, amma... - Video

11:11

44 günlük İkinci Qarabağ savaşı əsnasında sürəkli olaraq “Azərbaycan ordusu Şuşanı fasiləsiz bombalayır, raketlərlə vurur” açıqlamaları ilə çıxış edən Ermənistan rəsmilərinin ağ yalan danışdıqlarını elə özləri etiraf ediblər.

Axar.az Milli.az-a istinadla xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin hərbi nəzarət idarəsinin sabiq rəisi Movses Akopyan müharibə günlərində erməni tərəfinin “İsgəndər” operativ-taktiki raket kompleksindən istifadə etdiyini demişdi. “Bilirəm ki, “İsgəndər”dən istifadə olunub, amma harada, hansı istiqamətdəki hədəfə qarşı - deyə bilmərəm”, - M.Akopyan söyləmişdi.

Ermənistandakı “Adekvad” siyasi hərəkatının lideri Artur Danielyan isə bəyan edib ki, Ermənistanın Müdafiə Nazirliyi “İsgəndər”dən noyabrın 7-də istifadə edib.

“Raket həmin gün səhər 09.00-da Şuşaya atılmışdı. Guya azərbaycanlı hərbçiləri vurmaq istəyiblər. Amma raket Şuşaya yox, şəhərin yaxınlığına, erməni hərbçilərin çox olduğu yerə düşüb”, - A.Danielyan bildirib.

Tarix
2021.01.18 / 11:47
Müəllif
Axar.az
Digər xəbərlər

47 min Qarabağ ermənisi vətəndaşlıq aldı

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla