Yuxarı

İki türk prezidenti İlham Əliyevi təbrik etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Axar.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Prezident, əziz qardaşım,

Qardaş Azərbaycanın milli bayramı – 28 May Respublika Günü münasibətilə Zati-alinizi və əziz qardaşımın şəxsində bütün Azərbaycan xalqını millətim adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Müstəqilliyinin bərpasından sonra tarixi baxımdan ötən qısa müddət ərzində Azərbaycanın parlaq inkişafını və əldə etdiyi nailiyyətləri böyük məmnuniyyət və qürurla izləyirik. Müdrik siyasətiniz sayəsində bu gün Azərbaycan regionda mühüm güc və cazibə mərkəzinə çevrilib.

Ölkələrimiz arasındakı ortaq dəyərlərdən güc alan bənzərsiz əlaqələrimizi "Bir millət, iki dövlət" prinsipi əsasında ən yüksək səviyyəyə çatdırmışıq. Əməkdaşlığımızın həm ikitərəfli, həm də beynəlxalq platformalarda dərinləşdirilməsi ölkələrimizi bütün sahələrdə daha da gücləndirir. Əminəm ki, bu ortaq hədəfə əsaslanmaqla atacağımız müştərək addımlarla ikitərəfli əlaqələrimizi qardaş xalqlarımızın xeyrinə olmaqla daha yüksək səviyyəyə çatdıracağıq.

Əlaqələrimizin xüsusi xarakterinin göstəricisi kimi tez-tez həyata keçirdiyimiz qarşılıqlı səfərlərin və görüşlərin qardaş ölkələrimiz arasındakı münasibətlərin bütün səviyyələrdə inkişaf etməsinə və dərinləşməsinə öz töhfəsini verəcəyi bir həqiqətdir. Bu baxımdan iyun ayında Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı füsunkar ölkənizi bir daha ziyarət edəcəyimdən məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edib Zati-alinizə, əziz qardaşıma cansağlığı, xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqının əmin-amanlığı, rifahı naminə ən gözəl arzularımı bir daha dilə gətirirəm".

***

Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu,

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin rəhbərliyiniz ilə Azərbaycanda ictimai-siyasi, sosial-iqtisadi həyatın bütün sahələrində, xalqın rifahının təmin olunması və ölkənin beynəlxalq məkanda nüfuzunun möhkəmlənməsi istiqamətində qazanılan sanballı uğurlar Özbəkistanda böyük məmnunluq hissi ilə qeyd edilir.

Əminəm ki, ölkələrimiz və xalqlarımız arasında tarixən təşəkkül tapmış ənənəvi dostluq münasibətləri, ikitərəfli siyasi dialoqun yüksək səviyyəsi bundan sonra da qarşılıqlı hörmət və etimad prinsipləri əsasında ardıcıl inkişaf edəcək və möhkəmlənəcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, yeni-yeni uğurlar, dost Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm".

Tarix
2015.05.25 / 16:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təşkilat bir adamın əlində alətə çevrilməməlidir

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla