Yuxarı

Sabiq nazir müavini: Müharibənin 22-ci gününə qədər...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabiq nazir müavini: Müharibənin 22-ci gününə qədər...

17:13

Tonoyanın müsahibəsi heç nə haqqında mövcud olmayan söhbətdir. Dövlət rəsmiləri arasında özünümüdafiə üçün açıqlamalar vermək dəb halına gəlib.

Axar.az xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin sabiq müavini Artak Zakaryan sabiq müdafiə naziri David Tonoyanın mediaya açıqlamasına şərh verərkən deyib.

O bildirib ki, məğlubiyyətin əsas səbəbi hərbi-siyasi məsələlərdə tamamilə səriştəsiz olan “ali baş komandan”ın birbaşa müdaxiləsi və məsləhəti oldu.

Zakaryan 2,5 il ərzində Ermənistan hökumətinin müdafiə sferasında, müdafiə siyasətində çoxlu səhvlərə yol verdiyini qeyd edib:

“Siyasi və diplomatik platformada verilən bəyanatlar isə düşmənin döyüş əməliyyatlarını yeniləməsi üçün təkan oldu”.

O, həmçinin regionda qüvvəllər balansının pozulmasıyla bağlı qeyri-adekvat monitorinqdə ciddi səhvlərə yol verildiyini bildirib.

Zakaryan Türkiyənin Cənubi Qafqaz və Orta Asiyadakı rolunu dəyişdiyini, Ermənistanın isə ordunu şouya çevirmək üçün mənasız hərəkətlərini davam etdirərək buna lazımi reaksiya vermədiyini vurğulayıb:

“Böyük məbləğlər məqsədli xərclərə deyil, Nikolun özünü yaxşı hiss etməsinə sərf olundu”.

Müharibənin gedişatına gəlincə, keçmiş nazir müavini iddia edib ki, ilk 22 gündə Ermənistan ordusu döyüş tapşırıqlarını tam yerinə yetirib. Lakin sonra Ermənistan hakimiyyəti ictimaiyyəti aldadıb.

Qeyd edək ki, müharibənin 22-ci gününə qədər Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin müdafiə xəttini bir neçə istiqamətdə yarmış, Cəbrayıl, Füzuli şəhərlərini və bir çox kəndləri, strateji yüksəklikləri işğaldan azad etmişdi.

Tarix
2021.01.26 / 17:51
Müəllif
Xədicə Nəbiyeva
Digər xəbərlər

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla