Yuxarı

Ayvazyandan Zərifə gülünc çağırış: “qalib və məğlub”...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəsmi İrəvan Ermənistan və Azərbaycan arasında uzunmüddətli sülhün bərpası üçün “qalib və məğlub olmamalıdır” prinsipini səsləndirməyə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan XİN rəhbəri Ara Ayvazyan iranlı həmkarı Cavad Zəriflə görüşündə deyib.

Ayvazyan yenə də “dqr”dən ayrıca subyekt kimi bəhs etməyə çalışıb və Azərbaycanın münaqişəni güc yolu ilə həll etməsinin “ciddi çağırış” olduğunu iddia edib.

Zəruri olaraq qeyd etmək yerinə düşər ki, Azərbaycan 26 illik sülh danışıqları zamanı davamlı olaraq “qalib və məğlub” mövqeyindən imtina olunmasını, münaqişənin ədalətli və beynəlxalq hüquqa uyğun həllini tələb etsə də, Ermənistanın rəhbərlərinin heç biri – nə Köçəryan, nə Sərkisyan, nə də Paşinyan bunu qəbul edib. Əksinə, Sərkisyanın 2014-cü ildə İrəvanda keçirilən sammitdə Belarus Prezidenti Aleksandr Lukaşenkoya müraciətlə, “biz o torpaqları (keçmiş Dağlıq Qarabağ ətrafındakı torpaqlar nəzərdə tutulurdu – red.) almaq üçün minlərlə əsgər itirmişik, indi onları niyə qaytarmalıyam” deyərək, qalib ədasını nümayiş etdirməsi bütün dünyaya bəllidir.

Eyni zamanda Ermənistan Müdafiə Nazirliyinin rəsmiləri də hər zaman azərbaycanlı həmkarları ilə görüşdə “biz güc yolu ilə almışıq və bu reallığı qəbul etməlisiniz” deyiblər. Hətta 44 günlük savaşda bədnam açıqlamaları ilə Ermənistanda belə rüsvay olan Artsrun Ovannisyan vaxtilə “biz qalib gəlmişik, torpaq almışıq, bacarırsınız, gəlin qaytarın” deyə meydan oxumuşdu.

Ancaq indi, 44 günlük müharibə nəticəsində darmadağın olan Ermənistan “qalib və məğlub olmamalıdır” kimi tezisə qayıtmağa cəhd göstərir və guya bununla beynəlxalq hüquqa hörmətə çağırır.

Beynəlxalq hüquq Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir. Azərbaycan Ordusu isə 44 günlük müharibədə tarix yazdı və yeni reallıqlar yaratdı. Həmin reallıqlar isə budur: Keçmiş Dağlıq Qarabağ münaqişəsi artıq yoxdur, təmas xətti yoxdur, status yoxdur və olmayacaq: ya ermənilər bu şərtlər daxilində Azərbaycan vətəndaşı kimi Xankəndi və ətrafında yaşayacaqlar, ya da rədd olub gedəcəklər.

Ermənistan bu reallıqları qəbul etməlidir, etməsə, İkinci Dəmir Yumruq əməliyyatı qaçılmaz olacaq.

Rus sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan torpaqlarında separatizmi alovlandırmaq üçün növbəti cəhdlərə isə imkan verilməyəcək.

Qeyd edək ki, artıq rus ekspertlər belə Azərbaycana “İsrail metodu”nu açıq şəkildə təklif edirlər. “İsrail metodu” rus sülhməramlılarının arxasındakı separatçı ocaqlarına və qanunsuz silahlı birləşmələrə - Azərbaycan onları terrorçu saydığını rəsmən elan edib – zərbə endirilməsini mümkün sayır. Belə ki, Azərbaycan istədiyi vaxt antiterror əməliyyatı keçirmək və yaxud rus sülhməramlı qüvvələrinin yerləşdiyi ərazinin arxasındakı müəyyənləşmiş terrorçu yuvalarına aviasiya zərbələri endirmək hüququnu özündə saxlayır.

Tarix
2021.01.27 / 21:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla