Yuxarı

Erməni KİV: “İlham Əliyev Qarabağın fatehi olacaq”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun Moskvaya səfəri və Lavrovla Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələri erməniləri qorxuya salıb.

Publika.az xəbər verir ki, Ermənistanın "Yerkir" saytı Rusiyanın erməniləri aldatdığını və Avropa Oyunlarından sonra Qarabağın Azərbaycana qaytarılması istiqamətində ciddi planların olduğunu yazıb.

Ermənilərin fikrincə, Rusiya münaqişəni durduğu yerdən tərpətmək arzusunu mütləq şəkildə ifadə edib: "Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsi bizə Gömrük Şurasına qoşulmağa icazə vermir. Əgər Ermənistan öz qoşunlarını çıxarsa sərhədlər açılacaqsa, vəziyyət normallaşacaqsa, hər şey ola bilər".

E. Məmədyarovun sözlərindən sitat gətirən sayt yazır ki, Rusiyanın hədəfi Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll edərək, Bakının öz orbitinə çəkməkdir.

"Bu, İrəvan üçün ciddi nəticələrdən xəbər verir. Eyni zamanda, Qərb də hərəkətə keçib. Belə ki, Məmmədyarovun Moskva səfərindən sonra ATƏT-in Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Anji Kaspşik Moskvaya getdi. O, Rusiyanın "münaqişənin həll olunmasının vaxtı çatıb" sözlərinin arxasındakı məqamları dəqiqləşdirəcək. Göründüyü kimi, Moskva və Bakı razılaşdı. Qərb də burda öz maraqlarını təmin edərək razılıq verəcək. Avropa Oyunlarından sonra ciddi addımlar atılacaq və bunun Ermənistan üçün ağır nəticələri olacaq", - deyə sayt İrəvan üçün qorxulu proqnoz verir.

Daha sonra qeyd edir ki, Rusiyanın Ermənistanın təhlükəsizliyinin qoruyucusu maskası cırılır: "Bakı güclü manevrlərini işə salıb və göründüyü kimi, İlham Əliyev Dağlıq Qarabağı geri qaytarmaqla fateh olacaq".

Son proseslər rəsmi Bakının öz ədalətli savaşında uğurlu addımlar atdığını göstərir. Bu isə ermənilərin ciddi narahatlığına səbəb olub.

Tarix
2015.05.29 / 22:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Robert Fitso Azərbaycana gəldi

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla