Yuxarı

Qasparyan: Bakı-Ceyhanı “İsgəndər”lə vurmaq istədim - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qasparyan: Bakı-Ceyhanı “İsgəndər”lə vurmaq istədim - Video

Rusiyanın ən böyük mediamaqnatlarından biri, "NyusMedia" mediaholdinqinin rəhbəri Aram Qabrelyanov Teleqram kanalında sensasiyalı etirafını yayıb. Bu etiraf Ermənistanın terrorçu və beynəlxalq hüququn bütün qaydalarını heçə sayan dövlət olduğunu bir daha sübut edir.

Axar.az Milli.az-a istinadla xəbər verir ki, A.Qabrelyanov yeni açıqlamasında Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Onik Qasparyanın hərbi cinayətlərindən bəhs edib.

A.Qabrelyanovun yazdığına görə, təxminən bir ay əvvəl Moskvada onunla O.Qasparyan arasında saatlarla davam etmiş söhbət olub.

Erməni mediamaqnat yazıb: "Onik Qasparyan mənə dedi: "İkinci Qarabağ müharibəsinin üçüncü günü Baş Qərargah rəisi qismində "İsgəndər" raketləri ilə Azərbaycanın iki strateji obyektini vurmağa qərar verdim. Biri Bakı-Ceyhan neft kəməri idi, ikincisi də mühüm obyektdi. Baş nazir Nikol Paşinyan qətiyyətlə etiraz etdi. Ruslar elə davrandılar ki, yəni, "öz işinizdir, sizin müharibənizdir".

Şuşanın əldən çıxmasından üç gün əvvəl Şuşanın həndəvərində düşmənin canlı qüvvəsinin böyük sayda toplandığı yerə iki "İsgəndər" atılması ilə bağlı Paşinyandan icazə istədim. Paşinyan yenə qətiyyətlə qadağan elədi və dedi ki, əgər düşmənin bir neçə min əsgərini eyni vaxtda öldürsək, dünya birliyi bizi lənətləyər. Sadəcə, bir dəfə mənə "İsgəndər"dən istifadə etməyə icazə verdilər - Şuşanı vurmaq üçün. İstifadə etdim. "İsgəndər" atılandan sonra şəhərə bir neçə tank yeritditk. İki gün sonra əmr gəldi ki, Şuşanı tərk edək".

Xatırladaq ki, N.Paşinyan "1in.am" saytına verdiyi müsahibəsində İkinci Qarabağ müharibəsində "İsgəndər" operativ-taktiki raket komplekslərindən Azərbaycana qarşı istifadə olunduğunu, lakin raketin partlamadığını demişdi.

Paşinyan onu da vurğulayıb ki, Rusiya istehsalı olan bu raketlər istifadəyə tam yararlı deyillər, həmişə partlamırlar: "Məni tənqid etməyə çalışanlar qoy, özlərindən soruşsunlar ki, "İsgəndər" niyə partlamadı? Və ya niyə 10 faiz partladı?"

Tarix
2021.02.24 / 21:35
Müəllif
Axar.az
Digər xəbərlər

Yanğında həlak olan azyaşlı vəkilin qızı imiş

Ölkədə breketə görə əsgərlikdən möhlət verilir? - Rəsmi

4 gəncin öldüyü “Lake Hotel”dən yeni xəbər var

"Forbes" İranın gücündən yazdı: Siyahıda Azərbaycan da var

Azərbaycan Türkiyə və Avstraliyanı bunun üçün təbrik etdi

Gültəkin Hacıbəylinin Mehdiyev sevgisi: Gizli oyunlar...

1 milyona ev, 440 minə cip - Rektorun milyonluq xərci

Göyçayda məzar daşı: Türkiyə səfirliyi hərəkətə keçdi - Foto

Ermənistan nümayəndələri Hikmət Hacıyevlə görüşdü - Foto

Ramiz Mehdiyevin səhhəti pisləşdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla