Yuxarı

Bu "söyüşçü"lərə PA-dan pul və məlumat gedirdi - Sensasiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son dövrlərdə, xüsusən hakimiyyət daxilində kök salmış iri fiqurların vəzifələrdən “təmizlənməsi”ndən sonra xaricdəki “Yutub qəhrəmanları”nın fəallığının tempi aşağı düşüb, tənqid və təhqir dozası azalıb. Təhlilçilərin qiymətləndirmələrinə görə, bu iki faktor arasında zəncirvari və gizli əlaqə olub, məhz onların işdən azad edilməsi, həlqəsinin daralması “təhqir müxalifəti”nin də xeyli dərəcədə ağzını yumub. Çünki onların maliyyə bulaqları, gəlir qaynaqları qapanıb, təlimatçıları öz canlarının hayındadır.

Axar.az “Yeni Müsavat”a istinadla xəbər verir ki, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkə hesabında bu məsələyə toxunub və çox ciddi nüansları açıqlayıb. Onun sözlərinə görə, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da hakim elitanın bir hissəsi mühafizəkar, bir hissəsi islahat yönümlü idi. T.Zülfüqarovun müşahidələrinə görə, bir qayda olaraq, “qərbyönümlülər” islahatçılar, “rusiyapərəstlər” mühafizəkarlar idi.

Onun fikrincə, mühafizəkarlar mövqelərini möhkəmləndirmək üçün Qərblə münasibətlərdə insan hüquqları, seçki və bu kimi sahələrdə problemlər yaratma taktikasından istifadə edirdilər, tez-tez siyasi “qapazaltılar” seçilir, onlar tamamilə əsassız və nümayişkaranə şəkildə “əzilirdilər”. Sabiq XİN rəhbəri qeyd edib ki, bütün bunlar Qərbin insan haqları təşkilatlarının etiraz dalğasına səbəb olurdu və nəticədə ruspərəst “mühafizəkarlar”ın daxili siyasi mövqelərini gücləndirirdi:

“Vəziyyətin dəyişməz qalmasını təmin etmək üçün mexanizm belə işləyirdi. Bu səbəbdən təhqiredici yayımların çoxunun rusiyapərəst mühafizəkarlar tərəfindən maliyyələşdirildiyi birdən-birə aydın oldu. Əlbəttə, sual yaranır ki, bu praktika onların öz təşəbbüsləridir, yoxsa Rusiya xüsusi xidmət orqanları ilə əlaqələndirilmiş işdir? Bu suala cavabı həmişə bilmişəm. Bəs siz?” - deyə, keçmiş nazir izləyicilərinə sual verib.

T.Zülfüqarovun bu sualında bir ritorika və eyham sezilməmiş deyil. Görünür, sabiq nazir “cavabı həmişə bilmişəm” deməklə, Rusiyadakı dairələrin də bu məsələdə əhəmiyyətli rol olduğuna işarə vurub. Çünki gedişat ruspərəst qüvvələrin maraqlarına uyğundursa, niyə də onlardan hər hansı dəstək olmasın?! Bu minvalla həmin qüvvələr illərlə Azərbaycanın dünyada insan haqları sahəsində imicini bərbad günə salıblar və özlərinin hakimiyyət kluarlarında əhəmiyyətini artırıblar.

Bu, əslində ölkənin siyasi rəhbərliyinə qarşı bir təxribat idi. Hakimiyyətdəki “köhnə qvardiya”nın yola salınmasından sonra iqtidarın siyasi opponentlərinə münasibətindəki loyallıq, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin rəhbəri Ədalət Vəliyevin müxalif partiya sədrləri ilə görüşləri, mərhələli şəkildə siyasi məhbus kimi tanınan şəxslərin azad edilməsi, partiya sədrlərinin efirlərə çıxması, Əfv Komissiyasının artıq 350-dən artıq məhbusun siyahısını hazırlaması göstərir ki, həmin “mahafizəkar” qüvvələr islahatları tormozlamaqda maraqlı imişlər.

Bəs xaricdəki bu “müxalifət”i niyə hərəkətə keçirmişdilər? Məqsəd nə idi və Rusiya kəşfiyyatı haqda iddia nə dərəcədə həqiqətdir?

Politoloq, sabiq deputat Cümşüd Nuriyev bildirib ki, T.Zülfüqarov kifayət qədər məlumatlı adamdır, dedikləri tamamilə doğrudur. Onun sözlərinə görə, həmin ruspərəst qüvvələr yenə fəallaşıblar: “Bu qüvvələrin hədəfində Prezident və ailəsidir”.

C.Nuriyev hesab edir ki, xaricdəki söyüş müxalifətini aktivləşdirmək həmin qrupların marağında olub:

“Çünki Prezidentə təzyiq göstərməklə öz əvəzsizliyini nümayiş etdirməyə çalışıblar. Bu söyüşün ideoloqu isə Əli Həsənov idi. Əli Əlirzayevin yazısını oxudum, deyirdi ki, Əli Həsənov ”Səs" qəzetində olanda Ramiz Mehdiyevin xəbərçisi olub. Onlar bu cür yollarla mesaj verirdilər ki, “əvəzedilməz” duetdirlər. Ancaq medianı, milli dəyərləri məhv etdilər, efirə əxlaqı “sünnət olmuş” adamları çıxardılar. Ona görə də Tofiq Zülfüqarov haqlıdır".

Siyasi şərhçinin sözlərinə görə, Təhlükəsizlik Şurasında, yaxud Prezident yanında hansısa məsələ müzakirə olunur, çox çəkmir xaricdəkilər bu haqda məlumat yayırlar: “Bunu necə bilirlər? Deməli, buradan və xaricdən vəsait ötürürlər. Məsələn, xaricdə tez-tez çıxış edənlərdən biri burada yüksək vəzifədə olan şəxslə əlaqəlidir, onun qardaşı da vəzifədədir. Ümumiyyətlə, Rusiya kəşfiyyatı burada güclü işləyir, onların Azərbaycanda müxtəlif yerlərdə adamları var. Həmin şəxslər üçün dövlətin maraqları yoxdur, öz maraqları var...”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, T.Züflüqarov sabiq nazirdir, keçmiş təcrübələrini bölüşür:

“Mənim müşahidələrimə görə, əvvəl Rusiya qanadı güclü idisə, indi hakimiyyətdən kənarlaşdırılıblar, həmin ”5-ci kolon" zəifləyib, yerini dolduran yoxdur. Düşünmürəm ki, indi yeni ruspərəst qruplar var. Sadəcə, islahatları dəstəkləyənlər və köhnə ənənəvi idarəçilik tərəfdarı olanlar var, belə təsnifatlaşdırardım. İkincilərin bir hissəsinin adı korrupsiyada hallanır. Korruspionerin nə qərbpərəsti, nə rusiyapərəst olacaq? Onun yeganə məqsədi qazanc əldə etməkdir", - deyə ekspert vurğulayıb.

E.Şahinoğlu hesab edir ki, Azərbaycanda ideoloji mübarizə olmayıb.

Tarix
2021.02.26 / 09:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla