Yuxarı

Müharibə qəhrəmanının atası deputatlarla görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müharibə qəhrəmanının atası deputatlarla görüşdü - Foto

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin Qəhrəmanı, şəhid Fəqan Zalovun atası Amil Zalov ilə görüşüb.

Axar.az xəbər verir ki, millət vəkili Amil Zalovu düşmən üzərində qələbə münasibəti ilə təbrik edib və Fəqan kimi övlad yetişdirən ata ilə bütün xalqımızın qüruru duyduğunu bildirib.

“Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin miçmanı olan oğlunuz Fəqan Zalov Vətən müharibəsi zamanı yaralansa da, qısa müddətli müalicədən sonra, öz istəyi ilə yenidən döyüşlərə qayıdıb.

Oğlunuza döyüşdə igidlik və mərdlik nümayiş etdiridiyi üçün Azərbaycan Prezidentinin sərəncamına əsasən “Vətən Müharibəsi Qəhrəmanı” yüksək adı verilib.

Fəqan Zalov həmçinin bir sıra medallarla təltif edilib”, - Mədəniyyət Komitəsinin sədri deyib.

Qəhrəmanın atasına Komitə adından təşəkkür məktubu, Qarabağ mövzusunda rəsm əsəri və xatirə hədiyyələri təqdim edilib.

Görüşdə millət vəkili Məşhur Məmmədov, RHİM İB sədri Arzu Bağırova da iştirak edib.

Tarix
2021.03.02 / 22:20
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

Azərbaycan və BƏƏ-nin HHQ komandanları görüşdü

Parisdə polis bir kanakı amansızcasına döydü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla