Yuxarı

İlham Əliyev və xanımı Respublika stadionunda

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev və xanımı Respublika stadionunda

İyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, "Bakı-2015" birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Avropa Oyunları çərçivəsində kamandan oxatma yarışlarının keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunda yaradılan şəraitlə tanış olublar.

Axar.az xəbər verir ki, Gənclər və İdman naziri Azad Rəhimov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib.

Prezident İlham Əliyev və ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva stadionun sxemi ilə tanış olublar.

Oyunlar zamanı idmançılar, media işçiləri və avropalı qonaqlar üçün ayrıca istirahət otaqları, müsahibələr üçün xüsusi zona ayrılıb. Məşq meydanında idmançılar üçün 22 hədəf təyin olunub. Bir hədəf maksimum üç idmançı üçün nəzərdə tutulub. Yarış meydanı üçün isə iki hədəf təyin edilib. Hədəflə idmançı arasında məsafə 70 metrdir. Hədəfin diametri 122 santimetr təşkil edir. Kamandan oxatma yarışı Olimpiya Oyunları arasında fiziki məhdudiyyətli şəxslər də daxil olmaqla hər kəsə eyni imkanlar verən yeganə oyundur. Yarışlara gələn tamaşaçılar üçün burada xüsusi tibb məntəqəsi də fəaliyyət göstərəcək. Burada çalışanlar üçün rahat iş mühiti yaratmaq məqsədilə xüsusi fasilə və istirahət otaqları ayrılıb.

Qeyd edək ki, Bakı-2015 ilk Avropa Oyunları zamanı bu stadionda keçiriləcək kamandan oxatma yarışlarında 39 ölkədən 64-ü qadın və 64-ü kişi olmaqla, 128 idmançı iştirak edəcək. Atletlər iyunun 16-dan 22-dək medallar uğrunda mübarizə aparacaq.

Tarix
2015.06.04 / 13:35
Müəllif
Axar.az
Digər xəbərlər

Sergey Şoyqu Həzi Aslanov barədə danışdı

Pakistan türk ölkəsi ilə strateji saziş imzaladı

İlham Əliyevin BƏƏ səfəri başa çatdı

Bakı, Moskva və İrəvan arasında sazişlər... - Lavrov

Qardaş ölkənin bərpa səylərinə Azərbaycanın dəstəyi...

İlham Əliyev Ərdoğana məktub ünvanladı

İrəvan və Bakı sülh prosesində çox irəliləyib

Qukasyan və Saakyana ömürlük həbs verilmədi - Səbəb...

ABŞ mühəndisləri Ermənistanda: TRİPP üçün yer seçilir

Onlara ömürlük həbs cəzası verildi - Yenilənir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla