Yuxarı

Xarici diplomatlar Laçında Güləbird SES-də - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xarici diplomatlar Laçında Güləbird SES-də - Foto

Martın 6-da Azərbaycandakı diplomatik korpusun rəhbərləri, hərbi attaşelər və jurnalistlər Laçın rayonuna səfər ediblər. Səfər Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilib.

Axar.az xəbər verir ki, səfər çərçivəsində diplomatik korpusun rəhbərləri, hərbi attaşelər və jurnalistlər erməni vandallarının qədim yurd yerlərimizdə törətdiyi vəhşiliklər və cinayət izləri ilə tanış olublar.

Diplomatları və hərbi attaşeləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, ADA Universitetinin rektoru Hafiz Paşayev və digər rəsmi şəxslər müşayiət ediblər.

Səfər iştirakçıları Laçında Azərenerji ASC-nin Güləbird Su Elektrik Stansiyası ilə tanış olublar.

Azərenerji ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev işğaldan azad edilən ərazilərin mövcud və perspektiv elektrik təchizatı barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə Güləbird SES bu il fevralın 15-də Prezident İlham Əliyevin iştirakı ilə işə salınıb. Erməni qəsbkarları işğal dövründə xislətlərinə uyğun olaraq digər yerlərdəki kimi, bu stansiyanı da darmadağın etmişdilər. Dövlətimizin başçısının tapşırığı ilə qısa müddət ərzində istismara verilən bu stansiya işğaldan azad olunmuş ərazilərdə infrastrukturun yaradılması və nəzərdə tutulan digər işlərin həyata keçirilməsi baxımından böyük önəm daşıyır.

“Güləbird” Su Elektrik Stansiyasının istifadəyə verilməsi tarixi və əlamətdar hadisədir. Bu, işğaldan azad olunan rayonlarda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk infrastruktur layihəsidir. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.

Tarix
2021.03.06 / 22:22
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Video

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

Ərdoğanın müavini Azərbaycana gəlir

Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan

Tramp buna görə İlham Əliyevə təşəkkür etdi

Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...

Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradır

Sülh sazişinin paraflanması atmosferi dəyişdi - Qriqoryan

Hacıyev Qətər əmirinin milli təhlükəsizlik müşaviri ilə görüşdü

Rusiya Zəngəzur dəhlizinə etiraz etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla