Yuxarı

Rusiya “İsgəndər”lə bağlı dəhşətli etirafa məcburdur - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya “İsgəndər”lə bağlı dəhşətli etirafa məcburdur - Video

12:15

Rusiya “İsgəndər” məsələsi ilə bağlı dəhşətli etiraf etməli olacaq.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov bildirib.

Onun sözlərinə əsasən, Şuşada “İsgəndər” kompleksi raketlərinin qalıqlarının aşkar edilməsi və onların mənşəyi haqqında suallara yalnız iki real cavab variantı mövcuddur:

“Birincisi, əvvəllər səsləndirilən bütün bəyanatlara rəğmən, bu yaxınlarda Qarabağ uğrunda gedən müharibə zamanı bu kompleksin hərbi tətbiqində Rusiyanın bilavasitə əli var və bu, onun Cənubi Qafqaz regionundakı nüfuzu və imici baxımından heç də yaxşı deyil.

İkincisi, “İsgəndər” kompleksi bu müharibədə tətbiq olunmayb, qalıqlar isə daha sonra Şuşaya Rusiya ilə Azərbaycanın arasını vurmaq istəyən qüvvələr tərəfindən gətirilib.

Bunun kim tərəfindən edildiyi indi o qədər də böyük əhəmiyyət kəsb etmir, çünki daha vacib olanı odur ki, belə raketlərin havaya buraxılmasından sonra dağıntıları yalnız Rusiyada iki və ya üç poliqonda əldə etmək olardı və onlar Qarabağa yalnız oradan gətirilə bilərdi.

Əgər bu, ölkənin ali hərbi-siyasi rəhbərliyinin icazəsi olmadan baş veribsə, deməli, Rusiya hakimiyyəti onun ərazisində baş verənlərə nəzarət etmir.

İndi Moskva ya raketlərdən istifadədə əli olduğunu, ya da öz zəifliyini etiraf etməlidir”, - deyə hərbi ekspert qeyd edib.

Tarix
2021.04.08 / 14:13
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT-də qəbul edildi

AKP: Azərbaycanla aramıza girməyə çalışırlar - Video

Oyuncaqların təhlükəsizliyi ilə bağlı rəsmi qərar

Onun Azərbaycanla əlaqəsi yoxdur - Alman kəşfiyyatı

Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında...

Çavuşoğlundan Bakıda sülh mesajı: Müharibənin bitməsi...

Papikyandan Nəsimi Musayevlə bağlı mühüm açıqlama

Ermənistan Azərbaycana “jest” edə bilər - Xudoyan

Ehtiyaclarımız üçün qonşularla danışıqlar aparırıq - Pezeşkian

İlham Əliyev Putinə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla